Xankəndi - Bakı ultra marafonunda ilk mərhələnin qalibi: Bu idman növü şahmata bənzəyir

Xankəndi - Bakı ultra marafonunda ilk mərhələnin qalibi: Bu idman növü şahmata bənzəyir

Ultra marafon şahmata bənzəyir. Burada strategiya var və bir saatlıq plan qurmaq kifayət etmir.

"QELEBE.AZ"un Xankəndiyə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Xankəndi - Bakı ultra marafonunun birinci mərhələsinin qalibi Elmir Əskərov jurnalistlərə açıqlamasında deyil.

Xankəndidən Yevlaxa qədər olan 83 km məsafəni 6 saat 52 dəqiqəyə qət edən idmançı uğurlu çıxışa görə sevindiyini bildirib: "Birinci gün üçün asan olur. Çünki yorğunluq yoxdur. Buna görə də özümü qorumağa çalışdım. Bu yarış böyük önəm kəsb etdiyindən, qalib gəlmək istəyirdim. Beş il əvvəl ağlıma da gətirə bilməzdim ki, bu torpaqlara gəlib çıxa biləcəyəm. Nəyin bahasına olursa-olsun, finişə birini çatmağı qarşıma məqsəd qoymuşdum".

44 yaşlı atlet ultra marafonun yekununda da birinciliyi arzulayır: "Ümumi hədəfim 380 km məsafəni 35 saatdan tez qət etməkdir. Növbəti günlərdə yorğunluq da sözünü deyəcək, nisbətən temp düşəcək. Fikrimcə, 35 saatdan tez Bakıya çatsam, birinci olacağam".

Elmir Əskərov öz nəticəsini gözlənilən adlandırıb: "Artıq 4 ildir ultra marafonla məşğul oluram. 200, 220 km-lik yarışlarda, üç dünya çempionatında iştirak etmişəm. Bu üzdən belə nəticə göstərməyim təəccüblü deyil. Hətta bir saat tez də çata bilərdim. Uğurumun sirri üzərimdə çox işləməyimdir. Güclü, əzmkar olmaq üçün beynində güclü olmalısan".

Qeyd edək ki, atletlər növbəti günlərdə Yevlax - Ucar (84 km), Ucar - Hacıqabul (88 km), Hacıqabul - Qobustan (70 km) və Qobustan - Bakı (55 km) mərhələlərini keçməklə, martın 4-də Bakıya çatacaqlar.

Ultra marafonda ümumilikdə 64 idmançı mübarizə aparır. Onlar arasında Türkiyə (5 nəfər), Meksika (4) və Moldova (1) təmsilçiləri də var.

Fərdi
Avropa Çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub

Avropa Çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub

Fərdi
"Tata Steel İndia": Şəhriyar Məmmədyarov növbəti görüşlərini keçirəcək

"Tata Steel İndia": Şəhriyar Məmmədyarov növbəti görüşlərini keçirəcək

Fərdi
Şəfəq Hüseynli: "Bəzi idman federasiyaları düzgün məlumatlar vermir"

Şəfəq Hüseynli: "Bəzi idman federasiyaları düzgün məlumatlar vermir"

Fərdi
İdman müəllimləri üçün nəzərdə tutulmuş badmintonla bağlı kursa yekun vurulub

İdman müəllimləri üçün nəzərdə tutulmuş badmintonla bağlı kursa yekun vurulub

Fərdi
Dünya çempionatı: Elcan Hacıyev ipponla uduzub, Səid Mollayi gözləyir

Dünya çempionatı: Elcan Hacıyev ipponla uduzub, Səid Mollayi gözləyir

Fərdi
Azərbaycanlı dünya çempionu: "Uşaqlıq arzum idi"

Azərbaycanlı dünya çempionu: "Uşaqlıq arzum idi"

Fərdi
Şahmat üzrə Azərbaycan çempionatının mükafat fondu yenidən artırılıb

Şahmat üzrə Azərbaycan çempionatının mükafat fondu yenidən artırılıb

Fərdi
Rauf Məmmədov Azərbaycan çempionatının qalibi olub

Rauf Məmmədov Azərbaycan çempionatının qalibi olub

Fərdi
Bakıda çövkən üzrə Prezident Kuboku keçiriləcək

Bakıda çövkən üzrə Prezident Kuboku keçiriləcək

Fərdi
Dünya çempionatı: Azərbaycan paracüdoçuları 3-cü medalı qazanıb

Dünya çempionatı: Azərbaycan paracüdoçuları 3-cü medalı qazanıb

Fərdi
Azərbaycan idmançılarının ilin ilk ayı üçün reytinq cədvəli bəlli olub

Azərbaycan idmançılarının ilin ilk ayı üçün reytinq cədvəli bəlli olub

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov final görüşünə çıxacaq

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov final görüşünə çıxacaq