"Qarabağ FK – 30 mövsüm səfərdə" sənədli filminin təqdimatı olub

"Qarabağ FK – 30 mövsüm səfərdə" sənədli filminin təqdimatı olub

Bakıda "Qarabağ FK - 30 mövsüm səfərdə" sənədli filminin təqdimatı keçirilib.

"Report" xəbər verir ki, Heydər Əliyev Mərkəzində baş tutan və "Qarabağ" Futbol Klubundan (FK) bəhs edən filmin təqdimat mərasimində Prezidentin köməkçisi Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, gənclər və idman naziri Fərid Qayıbov, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, ölkənin idman və mədəniyyət nümayəndələri iştirak ediblər.

Filmdə "Qarabağ" Futbol Klubun keçdiyi tarixi dövrdən bəhs olunub, klubun SSRİ dövründəki uğurları izləyicilərin diqqətinə çatdırılıb.

Həmçinin, filmdə xarici jurnalistlərin və futbolçuların İmarət Stadionu, "Qarabağ" FK ilə bağlı hazırladığı materiallar və fikirləri də yer alıb.

Filmdə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildikdən sonra Ağdam rayonu ərazisindəki İmarət Stadionunun taleyindən, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun klubdakı fəaliyyətindən də bəhs edilib.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi, "Salnaməfilm" və "Azərbaycanfilm"in ortaq layihəsi olan film 4 hissədən ibarətdir.

Futbol
“Qarabağ” UEFA reytinqində geriləyib

“Qarabağ” UEFA reytinqində geriləyib

Futbol
Julen Lopeteqi ingilis klubu ilə anlaşıb

Julen Lopeteqi ingilis klubu ilə anlaşıb

Futbol
AFFA-da Premyer Liqa və I Divizion klubları üçün seminar keçirilib

AFFA-da Premyer Liqa və I Divizion klubları üçün seminar keçirilib

Futbol
"Qarabağ" Ukrayna millisinin hücumçusu ilə maraqlanır

"Qarabağ" Ukrayna millisinin hücumçusu ilə maraqlanır

Futbol
Skolari məşqçi karyerasını bitirib

Skolari məşqçi karyerasını bitirib

Futbol
"Futbol+" qəzetinin 25 yaşı tamam olur

"Futbol+" qəzetinin 25 yaşı tamam olur

Futbol
Arno Paypers: "Bakıda Azərbaycan millisinə qarşı oynamaq çətin deyil"

Arno Paypers: "Bakıda Azərbaycan millisinə qarşı oynamaq çətin deyil"

Futbol
“Qarabağ”ın Konfrans Liqasında 8 mümkün rəqibi bəlli olub

“Qarabağ”ın Konfrans Liqasında 8 mümkün rəqibi bəlli olub

Futbol
"Traktor"un futbolçusu: "Qarabağ"la yoldaşlıq oyunu çox maraqlı alınar"

"Traktor"un futbolçusu: "Qarabağ"la yoldaşlıq oyunu çox maraqlı alınar"

Futbol
KİV: “Mançester Yunayted” Ronaldo ilə müqaviləni pozub

KİV: “Mançester Yunayted” Ronaldo ilə müqaviləni pozub

Futbol
Azərbaycan kubokunda 1/4 final oyunlarının vaxtı açıqlanıb

Azərbaycan kubokunda 1/4 final oyunlarının vaxtı açıqlanıb

Futbol
Orxan Məmmədov: "Minifutbol artıq əhali arasında geniş yayılıb"

Orxan Məmmədov: "Minifutbol artıq əhali arasında geniş yayılıb"