"Liverpul" Yurgen Kloppun rəhbərliyi altında 1000-ci qolunu vurub
İngiltərənin "Liverpul" klubu almaniyalı baş məşqçisi Yurgen Kloppun rəhbərliyi altında 1000-ci qolunu vurub.
"QELEBE.AZ" xəbər verir ki, yubiley qolunun müəllifi Darvin Nunyes olub.
Mersisaydlıların hücumçusu Avropa Liqasının 1/8 final mərhələsinin "Sparta" (Çexiya) ilə səfər oyununda (5:1) fərqlənib.
Almaniyalı mütəxəssis üçün bu qarşılaşma "Liverpul"dakı 476-cı matçı olub. Klopp yanvarda cari mövsümün sonunda İngiltərə klubunu tərk edəcəyini açıqlayıb.

https://mail.qalaba.az//uploads/photo/liverpul-yurgen-kloppun-rehberliyi-altinda-1000-ci-qolunu-vurub.webp











