“Şahdağ”da beynəlxalq xizək alpinizmi yarışı təşkil edilir

“Şahdağ”da beynəlxalq xizək alpinizmi yarışı təşkil edilir

Beynəlxalq Xizək Alpinizm Federasiyasının (International Ski Mountaineering Federation-ISMF), Qış idman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə xizəkçilər arasında yarış təşkil edilir.

"QELEBE.AZ"un Şimal bürosunun məlumatına görə, idman tədbirində “Şahdağ” Turizm Mərkəzinin sədri Rüstəm Nəcəfov, Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova, Milli Olinpiya Komptəsinin vitse prezidenti Çingiz Hüseynzadə, Beynəlxalq Xizək Alpinizm Federasiyasının Baş hakimi Oriol Montero, Gənclər və İdman nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov iştirak edirlər.

Tədbirdə 11 ölkəni təmsil edən 60 yaxın idmançı xizək yarışının “sprint yürüşü” üzrə birincilik uğrunda mübarizə aparırlar.

Turnirin keçirilməsinin əsas məqsədi ölkədə qış idman növlərini təşviq etmək, insanlar arasında xizək idman növlərinə marağı artırmaq, həmçinin mərkəzin beynəlxalq yarışların keçirilməsi istiqamətində təcrübəsini genişləndirməkdir.

Onu da qeyd edək ki, iki gün davam edəcək turnirin sonunda qaliblər “Şahdağ” Turizm Mərkəzi və Qış İdman Növləri Federasiyası tərəfindən medallar və diplomlarla təltif olunacaqlar, o cümlədən onlara müxtəlif həvəsləndirici hədiyyələr təqdim ediləcək.

Qeyd edək ki, "Şahdağ" Beynəlxalq Xizək Alpinizmi yarışı martın 10-da vertikal növ üzrə davam edəcək.

Fərdi
Kuba əsilli boksçu: “Özümü azərbaycanlı kimi hiss edirəm”

Kuba əsilli boksçu: “Özümü azərbaycanlı kimi hiss edirəm”

Fərdi
"Vüqar Həşimov Memorialı-2022"nin açılış mərasimi keçirilib

"Vüqar Həşimov Memorialı-2022"nin açılış mərasimi keçirilib

Fərdi
Böyük Dəbilqə: Rəşad Nəbiyev qalibləri mükafatlandırıb - YENİLƏNİB-4

Böyük Dəbilqə: Rəşad Nəbiyev qalibləri mükafatlandırıb - YENİLƏNİB-4

Fərdi
Fərid Qayıbov: “Ötən il bütün tapşırıqları yerinə yetirə bildik”

Fərid Qayıbov: “Ötən il bütün tapşırıqları yerinə yetirə bildik”

Fərdi
Azərbaycan ağırlıqqaldıranı Türkiyədəki yarışda gümüş medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı Türkiyədəki yarışda gümüş medal qazanıb

Fərdi
Fərid Qayıbov: “İslahatlar düşünülmüş şəkildə olmalı, işlər pillə-pillə qurulmalıdır” – MÜSAHİBƏ

Fərid Qayıbov: “İslahatlar düşünülmüş şəkildə olmalı, işlər pillə-pillə qurulmalıdır” – MÜSAHİBƏ

Fərdi
Azərbaycanın 39 şahmatçısı Avropa çempionatında iştirak edəcək

Azərbaycanın 39 şahmatçısı Avropa çempionatında iştirak edəcək

Fərdi
Cüdo üzrə Azərbaycan çempionatı: Qarışıq komanda yarışlarının qalibi bəlli olub

Cüdo üzrə Azərbaycan çempionatı: Qarışıq komanda yarışlarının qalibi bəlli olub

Fərdi
"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirin daha iki iştirakçısı bəlli olub

"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirin daha iki iştirakçısı bəlli olub

Fərdi
Açıq Avropa turniri: Azərbaycanın 5 cüdoçusu mübarizəyə başlayır

Açıq Avropa turniri: Azərbaycanın 5 cüdoçusu mübarizəyə başlayır

Fərdi
Teymur Rəcəbov: "Rusiya komandası beynəlxalq yarışlarda iştirak etməlidir"

Teymur Rəcəbov: "Rusiya komandası beynəlxalq yarışlarda iştirak etməlidir"

Fərdi
Şahmat üzrə Azərbaycan çempionatının mükafat fondu yenidən artırılıb

Şahmat üzrə Azərbaycan çempionatının mükafat fondu yenidən artırılıb