"Sabah"ın U-9 komandasının baş məşqçisi: Meydança böyük idi, qapıçımız bəzən görünmürdü

"Sabah"ın U-9 komandasının baş məşqçisi: Meydança böyük idi, qapıçımız bəzən görünmürdü

Bakıdakı meydança buradakının üçdə biridir. Məsafə, qapılar fərqlidir. Qapıçımız bəzən qapıda görünmürdü.

Bunu "QELEBE.AZ"a açıqlamasında "Sabah"ın U-9 komandasının baş məşqçisi Məhərrəm Müslümzadə Belarusun paytaxtı Minskdə iştirak etdikləri “Bizim gələcəyimiz” beynəlxalq turniri barədə danışarkən deyib.

Mütəxəssis yarışla bağlı təəssüratlarının çox yaxşı olduğunu bildirib: "Həqiqətən maraqlı turnir təşkil etmişdilər. Klub rəhbərliyinə də bizi bu cür yarışlara göndərdikləri üçün təşəkkür edirik. U-8 və U-9 təməl yaş qruplarıdır. Komanda 4 aydır birlikdədir, oktyabrda yığışmışıq. Buna baxmayaraq, düzgün işlər görülür. Turnirin səviyyəsi yüksək idi, gərgin qarşılaşmalar oldu. "Zenit", "Krasnodar", "Dinamo" (Minsk) kimi güclü akademiyalar var idi. Məşqçilər və uşaqlar üçün çox böyük təcrübə oldu. Çatışmazlıqları və onlardan nədə geri qaldığımızı gördük".

Müslümzadə bir gündə üç matç oynadıqlarını söyləyib: "Buna uşaqların gücü çatmadı. Ən böyük yaralı yerimiz reqlametin fərqli olması idi. Yerlə göy qədər fərq var. Rəqiblərimiz indidən böyük meydanı hiss edirlər. Buna baxmayaraq, əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Komandamdan, oyunumuzdan elə də narazı qalmadım. "Zenit"i məğlub etmək şansımız da oldu. Görüşün birinci hissəsində heç-heçə oynadıq, 3 qol imkanından yararlana bilmədik. Sadəcə, matçların ikinci hissələrində gücümüz çatmadı. Rəqiblər artıq bu meydançaya və digər məsələlərə öyrəşib. Biz çox böyük təcrübə qazandıq. Hər şey qənaətbəxş idi, gələcəyə ümidlə baxırıq. Ən azından bu səviyyəni gördük. Çatışmazlıqları aradan qaldırmağa çalışacağıq".

Qeyd edək ki, "Sabah”ın U-9 komandası turnirdə Belarusun BATE, “Minsk”, “Start” (Minsk), həmçinin Rusiyanın “Zenit” komandaları ilə birlikdə A qrupunda yer alıb. “Sabah” qrup mərhələsində BATE (5:4) və “Start”ı (4:0) məğlub edib, “Minsk” (0:3) və “Zenit”ə (0:2) məğlub olub. Komanda qrup mərhələsini 3-cü pillədə başa vurub.

Məhərrəm Müslümzadənin yetirmələri 9-12-ci yerlər uğrunda mübarizədə Rusiyanın “Nijni-Novqorod” (0:3) və Belarusun “Volqa Brest” (2:4) ilə qarşılaşıblar.

Futbol
"Sivasspor" – "Qalatasaray" oyununun VAR hakimi karyerasını bitirib

"Sivasspor" – "Qalatasaray" oyununun VAR hakimi karyerasını bitirib

Futbol
Kadi Borgeslə danışıq aparan kluba yeni baş məşqçi təyin olunub

Kadi Borgeslə danışıq aparan kluba yeni baş məşqçi təyin olunub

Futbol
"Olimpiakos" "Qarabağ"la oyundan əvvəl qələbə qazanıb

"Olimpiakos" "Qarabağ"la oyundan əvvəl qələbə qazanıb

Futbol
"Olimpiakos" "Qarabağ"la oyundan öncə yeni qapıçı transfer edə bilər

"Olimpiakos" "Qarabağ"la oyundan öncə yeni qapıçı transfer edə bilər

Futbol
Stokholmda keçirilən “Şuşa FM 2022” beynəlxalq minifutbol turnirinə yekun vurulub

Stokholmda keçirilən “Şuşa FM 2022” beynəlxalq minifutbol turnirinə yekun vurulub

Futbol
Qvardiola "Mançester Siti" ilə müqaviləni uzadır

Qvardiola "Mançester Siti" ilə müqaviləni uzadır

Futbol
Türkiyə Super Liqası: Mövsümün ilk İstanbul derbisi qolsuz başa çatıb

Türkiyə Super Liqası: Mövsümün ilk İstanbul derbisi qolsuz başa çatıb

Futbol
Çempionlar Liqası: "İnter" 1/8 finalda, "Barselona" qrupda qalıb

Çempionlar Liqası: "İnter" 1/8 finalda, "Barselona" qrupda qalıb

Futbol
DÇ-2022: Sterlinq Seneqala qarşı oyunu buraxacaq

DÇ-2022: Sterlinq Seneqala qarşı oyunu buraxacaq

Futbol
Samir Abasov: "Oyun yoxdursa, nə danışasan?"

Samir Abasov: "Oyun yoxdursa, nə danışasan?"

Futbol
“Sabah” klubu Xese Rodrigesin transferi ilə bağlı iddiaları cavablandırıb

“Sabah” klubu Xese Rodrigesin transferi ilə bağlı iddiaları cavablandırıb

Futbol
Şenol Günəş “Beşiktaş”;n baş məşqçisi təyin olunub

Şenol Günəş “Beşiktaş”;n baş məşqçisi təyin olunub