"Qarabağ"ın prezidenti: Əsas böyük ürəyin, mübarizliyin olmasıdır

"Qarabağ"ın prezidenti: Əsas böyük ürəyin, mübarizliyin olmasıdır

Əsas böyük ürəyin, mübarizliyin olmasıdır.

"QELEBE.AZ" xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl klubun mətbuat xidmətinə UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək "Bayer 04" ilə cavab oyunu barədə danışarkən deyib.

Klub prezidenti komandaya uğurlar arzulayıb: “Qurban Qurbanov və bütün futbolçulara uğurlar arzulayıram. Bakıda keçirilən oyunda qeydə alınan heç-heçə (2:2) göstərir ki, qələbə üçün gücümüz, imkanımız var. Qarşımızda çox nəhəng komanda var. Amma nəticədən asılı olmayaraq, “Qarabağ”ın öz oyununu, gücünü göstərməsi, nümayiş etdirdiyi futbolla alqış qazanması vacibdir”.

"Qarabağ"ın rəsmisi komandadan əzmkar mübarizə gözlədiyini vurğulayıb: “Tarixi gündə möhtəşəm mübarizədə qarşımızda nəhəng rəqib olsa da, özünə inanan güclü “Qarabağ” var. Komandamız mübariz ruhunu, əzmkarlığını göstərməlidir. Məğlubiyyət qorxulu deyil, bütün çempionlar uduzur. Azarkeşlər, bizi sevənlər, bütün Azərbaycan görməlidir ki, meydanda iki böyük komanda mübarizə aparır”.

Ağdam təmsilçisinin paylaşımında qeyd edilib ki, Tahir Gözəl "Bayer 04"ə qarşı cavab matçını stadionda izləməyəcək. Bakıda təşkil olunan vacib konfransa qatıldığı üçün klub rəsmisi Leverkuzendə keçiriləcək oyuna yollanmayıb.

Qeyd edək ki, Leverkuzendəki qarşılaşma bu gün, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.

Futbol
"Barselona" ispaniyalı müdafiəçi ilə anlaşıb

"Barselona" ispaniyalı müdafiəçi ilə anlaşıb

Futbol
"Neftçi"nin baş məşqçisinin Rumıniya klubuna keçməməsinin səbəbi bəlli olub

"Neftçi"nin baş məşqçisinin Rumıniya klubuna keçməməsinin səbəbi bəlli olub

Futbol
"Beşiktaş"ın sabiq baş məşqçisi Qurban Qurbanovla görüşüb

"Beşiktaş"ın sabiq baş məşqçisi Qurban Qurbanovla görüşüb

Futbol
Canni De Byazi: "Komandada atmosfer yaxşıdır"

Canni De Byazi: "Komandada atmosfer yaxşıdır"

Futbol
Çempionlar Liqasında məhsuldar gecə: 8 oyuna 27 qol vurulub

Çempionlar Liqasında məhsuldar gecə: 8 oyuna 27 qol vurulub

Futbol
UEFA "Qarabağ"la bağlı paylaşım edib

UEFA "Qarabağ"la bağlı paylaşım edib

Futbol
La Liqa matçları bir dəqiqəlik sükutla başlayacaq

La Liqa matçları bir dəqiqəlik sükutla başlayacaq

Futbol
Azərbaycanlı hakimlər UEFA-dan təyinat alıblar

Azərbaycanlı hakimlər UEFA-dan təyinat alıblar

Futbol
Elmar Baxşıyev: "Uduzsaq da, istədiyim komandanı, dinamikanı gördüm"

Elmar Baxşıyev: "Uduzsaq da, istədiyim komandanı, dinamikanı gördüm"

Futbol
“Səbail”in futbolçusu: “Argentina – Fransa finalı izləyəcəyik”

“Səbail”in futbolçusu: “Argentina – Fransa finalı izləyəcəyik”

Futbol
“Qəbələ” “Səbail”lə oyunda əzmkar qələbə qazanıb

“Qəbələ” “Səbail”lə oyunda əzmkar qələbə qazanıb

Futbol
"Qarabağ"a qol vuran futbolçu: "Heç-heçə ədalətli nəticədir"

"Qarabağ"a qol vuran futbolçu: "Heç-heçə ədalətli nəticədir"