Azərbaycan millisinin baş məşqçisi: Standart vəziyyətlərdən və qapıçı səhvlərindən qollar buraxdıq

Azərbaycan millisinin baş məşqçisi: Standart vəziyyətlərdən və qapıçı səhvlərindən qollar buraxdıq

Standart vəziyyətlərdən və qapıçı səhvlərindən qollar buraxdıq.

Bunu “QELEBE.AZ”a açıqlamasında 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Nərgiz Qurbanova Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində B Liqasının 2-ci qrupunda keçirilən qarşılaşmalar barədə danışarkən deyib.

Mütəxəssis Azərbaycan millisinin ilk 2 oyundakı məğlubiyyətlərini şərh edib: “İlk oyunumuz Bolqarıstana qarşı oldu. Böyük hesabla uduzduq. Nəzərə alsaq ki, Bolqarıstan millisi A Liqasından B Liqasına düşüb, ordan gələn millilərlə oynamaq bizim üçün çox çətin olur. Üstəlik, Bolqarıstana oyundan 1 gün öncə gəldik. 6 qol buraxmağımızın, nəticənin belə olmasının yol yorğunluğundan irəli gəldiyini düşünürəm. Hesab daha fərqli ola bilərdi. Bolqarıstanın təcrübəli olması sözünü dedi. Sloveniya isə qrupun aşkar favoritidi. Heyətlərində təcrübəli, texniki cəhətdən güclü oyunçular var. Ümumiyyətlə, Bolqarıstan və Sloveniya kimi yığmalara qarşı oyunlar Azərbaycanın qadın futbolçuları üçün çox çətin keçir. Burada təcrübə amili də böyük rol oynayır".

Nərgiz Qurbanova turnirdə son matçı qələbə ilə başa vurmaq istədiklərini diqqətə çatdırıb: “Son oyun Moldova millisinə qarşı olacaq. Əsas məqsədimiz 3 xal qazanmaqdır. Futbolçularımız qalibiyyət üçün əllərindən gələni edəcəklər”.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində B liqasının 2-ci qrupunda Bolqarıstana 1:6, Sloveniyaya 0:4 hesabı ilə uduzub. Yığmamız sabah son görüşündə Moldova ilə qarşılaşacaq.

Futbol
İsveçrəli futbolçu tətildə olarkən dünyasını dəyişib

İsveçrəli futbolçu tətildə olarkən dünyasını dəyişib

Futbol
“Qarabağ” Yunanıstanda “Olimpiakos”u darmadağın etdi

“Qarabağ” Yunanıstanda “Olimpiakos”u darmadağın etdi

Futbol
Portuqaliya millisinin baş məşqçisi istefaya göndəriləcək

Portuqaliya millisinin baş məşqçisi istefaya göndəriləcək

Futbol
UEFA reytinqi: "Qarabağ" növbəti dəfə Azərbaycanın xal ehtiyatını artırıb

UEFA reytinqi: "Qarabağ" növbəti dəfə Azərbaycanın xal ehtiyatını artırıb

Futbol
Məhəmməd Mirzəbəyov: “Rusiya pasportu ilə komanda tapmaq daha asan olardı” - MÜSAHİBƏ

Məhəmməd Mirzəbəyov: “Rusiya pasportu ilə komanda tapmaq daha asan olardı” - MÜSAHİBƏ

Futbol
Marko Yankoviç: “Arzum məhz “Qarabağ” kimi klubda oynamaq idi”

Marko Yankoviç: “Arzum məhz “Qarabağ” kimi klubda oynamaq idi”

Futbol
Emin Mahmudov Rumıniya klubuna keçə bilər

Emin Mahmudov Rumıniya klubuna keçə bilər

Futbol
DÇ-2022: İspaniya - Almaniya matçında hesab açılıb

DÇ-2022: İspaniya - Almaniya matçında hesab açılıb

Futbol
Cahangir Həsənzadə: "Azərbaycanı UEFA-da təmsil etmək böyük şərəfdir"

Cahangir Həsənzadə: "Azərbaycanı UEFA-da təmsil etmək böyük şərəfdir"

Futbol
DÇ-2022: İspaniya Almaniya qarşılaşması heç-heçə bitib

DÇ-2022: İspaniya Almaniya qarşılaşması heç-heçə bitib

Futbol
“Real” sabiq müdafiəçisini geri qaytarır

“Real” sabiq müdafiəçisini geri qaytarır

Futbol
Azərbaycan Premyer Liqasında ən çox ötürmə verən komandalar bəlli olub

Azərbaycan Premyer Liqasında ən çox ötürmə verən komandalar bəlli olub