Azərbaycanlı hakim-inspektor Yunanıstan yığmasının oyununa təyinat alıb
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti təyinat alıb.
“Report” xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələ oyununda iş başında olacaq.
Asim Xudiyev Yunanıstan – Andorra qarşılaşmasının hakim-inspektoru kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, görüş martın 26-da baş tutacaq.

https://mail.qalaba.az//uploads/photo/azerbaycanli-hakim-inspektor-yunanistan-yigmasinin-oyununa-teyinat-alib.webp











