Azərbaycan millisinin məşqçisi: "Belə oyunlarda erkən qol vurmaq lazımdır"

Azərbaycan millisinin məşqçisi: "Belə oyunlarda erkən qol vurmaq lazımdır"

“Belə matçlarda erkən qol vurmaq lazımdır ki, oyun rahat davam etsin".

“QELEBE.AZ”un məlumatına görə, bunu Azərbaycan millisinin məşqçisi Arif Əsədov Monqolustan yığmasına 1:0 hesabı ilə qalib gəldikləri “FIFA series – Edition 2024” layihəsi çərçivəsində keçirilən yoldaşlıq görüşündən sonra mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis komandanın çıxışını dəyərləndirib: “Yeni ildə ilk qələbə idi, buna görə təbrik edirəm. Belə çətin olacağını bilirdik. Analiz etdiyimiz zaman rəqibin daha çox müdafiədən oynadığını görürdük. Məşqlərdə bunun üzərində işləyirdik. Əsas odur ki, sona qədər səbirli oynadıq və qələbə qolunu vura bildik. Dünya futbolunda da belə hallar olur ki, bəzən bu tipli rəqiblərə qarşı böyük yığmalar da çətinlik çəkirlər. Adətən biz iki nömrədən oynamışıq. Bu gün isə hücum futbolu göstərdik".

O, Bolqarıstanla qarşılaşmada fərqli taktiki sxemdə çıxış edəcəklərini gizlətməyib: "İki fərqli rəqiblə iki fərqli sistemlə oynaya bilərdik. Bu üzdən Bolqarıstanla matçda hansısa dəyişikliklər ola bilər. Bolqarların Serbiya və Macarıstanla oyunlarını izləmişik. Tanzaniya ilə bugünkü matçlarına da baxacağıq. İstənilən halda rəqibə ev yiyəsinin bizim olduğumuzu hiss etdirməyə çalışacağıq".

Məşqçi hesab edir ki, erkən qol vursaydılar, daha çox fərqlənə bilərdilər: "Sona qədər qol vuracağımıza inanırdım. Qol vuracağımızı gözləyirdim. Amma sona yaxın həyəcanlı idim".

Futbol
Bəhlul Mustafazadə: "Qələbələrin davamlı olmasını istəyirik"

Bəhlul Mustafazadə: "Qələbələrin davamlı olmasını istəyirik"

Futbol
Aftandil Hacıyev: "Qarabağ" və "Neftçi" qələbə üçün sonadək döyüşəcək"

Aftandil Hacıyev: "Qarabağ" və "Neftçi" qələbə üçün sonadək döyüşəcək"

Futbol
"Zirə" Niger millisinin futbolçusu ilə müqavilə imzalayıb

"Zirə" Niger millisinin futbolçusu ilə müqavilə imzalayıb

Futbol
Messi PSJ-də daha bir mövsüm keçirəcək

Messi PSJ-də daha bir mövsüm keçirəcək

Futbol
Azərbaycan komandası Çempionlar Liqasında 1/4 finala yüksəlib

Azərbaycan komandası Çempionlar Liqasında 1/4 finala yüksəlib

Futbol
"Nant" - "Qarabağ" oyununda erməni təxribatı

"Nant" - "Qarabağ" oyununda erməni təxribatı

Futbol
DÇ-2022: H qrupunda Portuqaliya Qananı məğlub edib

DÇ-2022: H qrupunda Portuqaliya Qananı məğlub edib

Futbol
Lionel Messi dünya çempionatlarının rekordunu təkrarlayıb

Lionel Messi dünya çempionatlarının rekordunu təkrarlayıb

Futbol
Bu gün Azərbaycan derbisi keçiriləcək

Bu gün Azərbaycan derbisi keçiriləcək

Futbol
İnfantino yenidən FİFA prezidenti seçiləcək

İnfantino yenidən FİFA prezidenti seçiləcək

Futbol
"Olimpiakos" Bakıya 24 futbolçu ilə gəlir

"Olimpiakos" Bakıya 24 futbolçu ilə gəlir

Futbol
"Marca": Minyole "Qarabağ" kabusunu unutdurdu

"Marca": Minyole "Qarabağ" kabusunu unutdurdu