Vüsal İsgəndərli: Monqolustan millisi bizə təzyiq göstərmirdi, amma etibarlı müdafiə olunurdu

Vüsal İsgəndərli: Monqolustan millisi bizə təzyiq göstərmirdi, amma etibarlı müdafiə olunurdu

Rəqib bizə təzyiq göstərmirdi, amma etibarlı müdafiə olunurdu.

Bunu "QELEBE.AZ"a milli komandanın futbolçusu Vüsal İsgəndərli "FIFA series - Edition 2024" layihəsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Azərbaycan - Monqolustan matçı barədə danışarkən deyib.

Hücumçu əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb: "Düzdür, bu görüşdə favorit göstərilirdik. Hər rəqibə hörmətlə yanaşırıq. Bütün komandalara qarşı ciddi hazırlaşırıq. Yekunda qələbə qazana bildik. Bunun üçün çox sevinirik. Bütün azarkeşlərimizə təşəkkürümü bildirirəm. Rəqibə yuxarıdan aşağı baxmırdıq. Oyunlara yalnız qələbə üçün çıxırıq. Məşqçilər heyəti bizi matça yaxşı kökləmişdi".

V.İsgəndərli növbəti görüş, öz çıxışı və hədəfləri barədə də danışıb: "Bolqarıstanla oyun daha çətin olacaq. Öz performansımı "Eqnatiya" və "Boluspor" olmaqla iki hissəyə ayıra bilərəm. Azarkeşlərin baxış bucağı fərqlidir. Hər kəsin fikrinə hörmətlə yanaşıram. "Bolusport"dakı vəziyyətim kiməsə görə yaxşıdır, kiməsə görə yox. Türkiyə klubunda tam fərqli sistemdə oynayırıq. İnanıram ki, bu klubda da qollar və məhsuldar ötürmələr müəllifi olacam. Əsas hədəfimiz "Boluspor"da I Liqanın pley-offunda oynamaqdır".

Qeyd edək ki, qarşılaşma Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə sona çatıb. Yığma növbəti matçını martın 25-də, saat 20:00-da Bolqarıstana qarşı keçirəcək.

Futbol
"Neftçi"nin baş məşqçisinin Rumıniya klubuna keçməməsinin səbəbi bəlli olub

"Neftçi"nin baş məşqçisinin Rumıniya klubuna keçməməsinin səbəbi bəlli olub

Futbol
“Lion”un futbolçusu vətəndaşlığını dəyişir

“Lion”un futbolçusu vətəndaşlığını dəyişir

Futbol
"Milan" baş məşqçisi ilə yeni müqavilə imzalayıb

"Milan" baş məşqçisi ilə yeni müqavilə imzalayıb

Futbol
RFİ Asiya Futbol Konfederasiyasına keçidlə bağlı səsverməni təxirə salıb

RFİ Asiya Futbol Konfederasiyasına keçidlə bağlı səsverməni təxirə salıb

Futbol
Məşhur futbolçunun qardaşı həbs edilib

Məşhur futbolçunun qardaşı həbs edilib

Futbol
"Qəbələ"nin baş məşqçisi: "Uduzduğumuz oyundan sonra dönüş yaratmaq istəyirdik"

"Qəbələ"nin baş məşqçisi: "Uduzduğumuz oyundan sonra dönüş yaratmaq istəyirdik"

Futbol
Çempionlar Liqası: Dörd komanda pley-offa vəsiqəni təmin edə bilər

Çempionlar Liqası: Dörd komanda pley-offa vəsiqəni təmin edə bilər

Futbol
Riad Rəfiyev: “Azərbaycanəsilli futbolçuya milliləşdirilmiş deməyin tərəfdarı deyiləm”

Riad Rəfiyev: “Azərbaycanəsilli futbolçuya milliləşdirilmiş deməyin tərəfdarı deyiləm”

Futbol
"Real Madrid" Mbappenin keçidindən imtina edib, Holannı heyətinə qatmaq istəyir

"Real Madrid" Mbappenin keçidindən imtina edib, Holannı heyətinə qatmaq istəyir

Futbol
Türkiyədə 10 klubun 3 xalı silinib

Türkiyədə 10 klubun 3 xalı silinib

Futbol
Almaniya mundialla vidalaşıb, Yaponiya və İspaniya 1/8 finalda

Almaniya mundialla vidalaşıb, Yaponiya və İspaniya 1/8 finalda

Futbol
DÇ-2026-nın formatı dəyişdirilə bilər

DÇ-2026-nın formatı dəyişdirilə bilər