Emin Mahmudov: Əlimizdən gələni edəcəyik ki, sabahkı matçda qələbə qazanaq

Emin Mahmudov: Əlimizdən gələni edəcəyik ki, sabahkı matçda qələbə qazanaq

Əlimizdən gələni edəcəyik ki, sabahkı matçda qələbə qazanaq.

"Report"un məlumatına görə, bunu milli komandanın kapitanı Emin Mahmudov "FIFA Series - Edition 2024" layihəsi çərçivəsində keçiriləcək Azərbaycan - Bolqarıstan oyunundan öncə Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan mətbuat konfransında deyib.

E.Mahmudov oyunla bağlı fikirlərini bölüşüb: "Öz oyunumuzu göstərib qələbə qazanmağa çalışacağıq. Bizi maraqlı bir oyun gözləyir.

Yarımmüdafiəçi baş məşqçi məsələsinə toxunub: "Mən milli komandada həm yerli, həm də xarici baş məşqçilərlə işləmişəm. Məşqçilər barədə nəsə demək istəmirəm. Hər biri ilə münasibətim yaxşıdır".

Azərbaycan millisinin Gürcüstan və Qazaxıstan millisinin hazırkı mövsümdə etdiklərini təkrarlamaq ehtimalı ilə bağlı verilən sualı Emin Mahmudov təmkinli cavablayıb: "Bir qədər çətin sualdır. Biz Qazaxıstan millisi ilə eyni qrupda idik. Səfərdə qalib gələ bilməsək də, qələbə qazanmaq üçün şanslarımız çox idi. Deyə bilmərəm ki, Qazaxıstan millisi bunu bəxt hesabına etdi. Biz də çalışacağıq ki, yaxın gələcəkdə bunu təkrarlayaq".

Qeyd edək ki, Azərbaycan millisi "FIFA series – Edition 2024" turnirində martın 25-də isə Bolqarıstan ilə qarşılaşacaq. Görüş saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Futbol
Avropa Liqası: Həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

Avropa Liqası: Həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

Futbol
"Mançester Siti" Erlinq Holanna yeni müqavilə təklif edəcək

"Mançester Siti" Erlinq Holanna yeni müqavilə təklif edəcək

Futbol
Simone İnzagi:  "Viktoriya"nın "Qarabağ"la oyununu izləmişəm"

Simone İnzagi: "Viktoriya"nın "Qarabağ"la oyununu izləmişəm"

Futbol
Avropa Liqası: "Arsenal" pley-offa vəsiqəni təmin edib

Avropa Liqası: "Arsenal" pley-offa vəsiqəni təmin edib

Futbol
"Kəpəz"ə ev oyunlarını Gəncədə keçirməyə icazə verilib

"Kəpəz"ə ev oyunlarını Gəncədə keçirməyə icazə verilib

Futbol
“Qəbələ” Çexiya klubuna uduzub

“Qəbələ” Çexiya klubuna uduzub

Futbol
"Frayburq" və "Qarabağ"ın start heyətləri bəlli olub

"Frayburq" və "Qarabağ"ın start heyətləri bəlli olub

Futbol
Azərbaycan millisi FİFA reytinqində mövqeyini qoruyub

Azərbaycan millisi FİFA reytinqində mövqeyini qoruyub

Futbol
Moldovalı hücumçu: "Azərbaycanla oyunda yaxşı nəticə üçün hər şeyi edəcəyik"

Moldovalı hücumçu: "Azərbaycanla oyunda yaxşı nəticə üçün hər şeyi edəcəyik"

Futbol
DÇ-2022: Seneqal Qətərə qalib gəlib

DÇ-2022: Seneqal Qətərə qalib gəlib

Futbol
Messi karyerasında 1000-ci oyununa çıxıb

Messi karyerasında 1000-ci oyununa çıxıb

Futbol
Almaniya Kuboku: "Qarabağ"ın rəqibi çətin qələbə ilə mərhələ adlayıb

Almaniya Kuboku: "Qarabağ"ın rəqibi çətin qələbə ilə mərhələ adlayıb