Emin Mahmudov: Əlimizdən gələni edəcəyik ki, Bolqarıstanla matçda qələbə qazanaq

Emin Mahmudov: Əlimizdən gələni edəcəyik ki, Bolqarıstanla matçda qələbə qazanaq

Əlimizdən gələni edəcəyik ki, sabahkı matçda qələbə qazanaq.

"Report"un məlumatına görə, bunu milli komandanın kapitanı Emin Mahmudov "FIFA series - Edition 2024" layihəsi çərçivəsində keçiriləcək Azərbaycan - Bolqarıstan oyunundan öncə Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan mətbuat konfransında deyib.

E.Mahmudov matçla bağlı fikirlərini bölüşüb: "Öz oyunumuzu göstərib qələbə qazanmağa çalışacağıq. Bizi maraqlı bir görüş gözləyir".

Yarımmüdafiəçi baş məşqçi məsələsinə toxunub: "Mən milli komandada həm yerli, həm də xarici baş məşqçilərlə işləmişəm. Məşqçilər barədə nəsə demək istəmirəm. Hər biri ilə münasibətim yaxşıdır".

O, Azərbaycan millisinin Gürcüstan və Qazaxıstan yığmalarının cari mövsümdə etdiklərini təkrarlamaq ehtimalı ilə bağlı sualı cavablayıb: "Bir qədər çətin sualdır. Biz Qazaxıstan millisi ilə eyni qrupda idik. Səfərdə qalib gələ bilməsək də, qələbə qazanmaq üçün şanslarımız çox idi. Deyə bilmərəm ki, Qazaxıstan millisi bunu bəxt hesabına etdi. Biz də çalışacağıq ki, yaxın gələcəkdə bunu təkrarlayaq".

Qeyd edək ki, Azərbaycan millisi "FIFA series – Edition 2024" turnirində martın 25-də isə Bolqarıstan ilə qarşılaşacaq. Görüş saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Futbol
“Neftçi” ilə yollarını ayıran futbolçu “Zirə”yə keçməyə yaxındır

“Neftçi” ilə yollarını ayıran futbolçu “Zirə”yə keçməyə yaxındır

Futbol
Avropa Liqası: Təxirə salınmış oyunda Almaniya klubu qələbə qazanıb

Avropa Liqası: Təxirə salınmış oyunda Almaniya klubu qələbə qazanıb

Futbol
İqor Ponomaryov: "Bu, hakimlərin yeganə mübahisəli qərarı deyildi"

İqor Ponomaryov: "Bu, hakimlərin yeganə mübahisəli qərarı deyildi"

Futbol
"Kəpəz"in baş məşqçisi Rauf Əliyevlə bağlı məsələyə aydınlıq gətirib

"Kəpəz"in baş məşqçisi Rauf Əliyevlə bağlı məsələyə aydınlıq gətirib

Futbol
Rumıniya klubu "Neftçi"nin baş məşqçisindən imtina edib

Rumıniya klubu "Neftçi"nin baş məşqçisindən imtina edib

Futbol
Messi Ronaldoya çatıb

Messi Ronaldoya çatıb

Futbol
Ronaldu klub karyerasında 700-cü qolunu vurub

Ronaldu klub karyerasında 700-cü qolunu vurub

Futbol
Kadi: “Azarkeşlər üçün yaxşı tamaşa olacaq”

Kadi: “Azarkeşlər üçün yaxşı tamaşa olacaq”

Futbol
Dünyanın ən bahalı futbolçusu açıqlanıb

Dünyanın ən bahalı futbolçusu açıqlanıb

Futbol
Siyasət Əsgərov: "Bosniya və Herseqovinaya qarşı istək və xarakter göstərdik"

Siyasət Əsgərov: "Bosniya və Herseqovinaya qarşı istək və xarakter göstərdik"

Futbol
Azərbaycanın FIFA referisi: "Arzum mundialın final mərhələsinə təyinat almaqdır"

Azərbaycanın FIFA referisi: "Arzum mundialın final mərhələsinə təyinat almaqdır"

Futbol
El-Klasiko vaxtı "Barselona"nın stadionunda terror aktı planlaşdırılıb

El-Klasiko vaxtı "Barselona"nın stadionunda terror aktı planlaşdırılıb