Azərbaycan millisinin skautu: Emil Mustafayevin yığmamıza çox xeyri dəyəcək

Azərbaycan millisinin skautu: Emil Mustafayevin yığmamıza çox xeyri dəyəcək

Emil Mustafayevin yığmamıza çox xeyri dəyəcək. Təbii ki, klubunda müntəzəm oynaması da vacibdir.

Bunu “Report”a açıqlamasında futbol üzrə Azərbaycan millisinin skautu İlqar Qurbanov “FIFA series - Edition 2024” layihəsində Monqolustanla keçirilən oyunda yığmada debüt edən Emil Mustafayevlə bağlı danışarkən deyib.

AFFA rəsmisi Ukraynanın “Polesya” klubunun 22 yaşlı yarımmüdafiəçisinin milliyə cəlb olunmasında qurumun baş katibi Sərxan Hacıyevin böyük rol oynadığını bildirib: “Üç ildən çoxdur ki, Emil Mustafayevi izləyirəm. Onu milliyə gətirmək bir az çətin oldu. Çünki Ukrayna Futbol Assosiasiyası da futbolçunu yığmaya çağırmaq istəyirdi. Üstəlik, ölkədən çıxmaq problem idi. Bu məsələnin həllində AFFA-nın baş katibi Sərxan Hacıyevin böyük rolu oldu. O, Emilin formasını geyindiyi “Polesya” klubunun prezidenti ilə birbaşa əlaqə saxlayaraq, bunun reallaşması üçün çox çalışdı”.

İ.Qurbanov gənc futbolçunun böyük potensiala malik olduğunu söyləyib: “Emilin debütü pis alınmadı. İlk matçı olmasına baxmayaraq, yaxşı təsir bağışladı. Ancaq potensialı yüksəkdir, daha yaxşı oynaya bilər. Millimizin əvvəlki baş məşqçisi Canni De Byaziyə tez-tez Mustafayevi təklif edirdim. Təəssüf ki, çağırmırdı. Buna rəğmən, Emili gətirməyə müvəffəq olduq”.

Qeyd edək ki, Emil Mustafayev Monqolustanla (1:0) oyunda 59-cu, Bolqarıstanla (1:1) görüşdə isə 62-ci dəqiqədə meydana daxil olub. Hər iki qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.

Futbol
"Neftçi" böyük hesablı qələbə qazanaraq liderlərlə xalları eyniləşdirib

"Neftçi" böyük hesablı qələbə qazanaraq liderlərlə xalları eyniləşdirib

Futbol
DÇ-2022-də qalmaqal: Etoo azarkeşi döyüb - VİDEO

DÇ-2022-də qalmaqal: Etoo azarkeşi döyüb - VİDEO

Futbol
"Barselona" London klublarından futbolçular transfer edib

"Barselona" London klublarından futbolçular transfer edib

Futbol
Azərbaycan Premyer Liqası: "Sabah" qış fasiləsinə darmadağınla yollanıb

Azərbaycan Premyer Liqası: "Sabah" qış fasiləsinə darmadağınla yollanıb

Futbol
"Nant"ın baş məşqçisi: "Qarabağ"a afərin!"

"Nant"ın baş məşqçisi: "Qarabağ"a afərin!"

Futbol
Seneqal - Niderland oyununda hesab açılıb  - YENİLƏNİB

Seneqal - Niderland oyununda hesab açılıb - YENİLƏNİB

Futbol
Renat Dadaşov: "Azərbaycan millisi ilə Avropa çempionatına vəsiqə qazanmaq istəyirəm"

Renat Dadaşov: "Azərbaycan millisi ilə Avropa çempionatına vəsiqə qazanmaq istəyirəm"

Futbol
Macarıstan klubunun baş məşqçisi: “Neftçi”yə qarşı mükəmməl keyfiyyətdə oyun olacaq”

Macarıstan klubunun baş məşqçisi: “Neftçi”yə qarşı mükəmməl keyfiyyətdə oyun olacaq”

Futbol
"Qızıl top" mükafatının qalibi bəlli olub

"Qızıl top" mükafatının qalibi bəlli olub

Futbol
Qətərin DÇ-2022 üçün xərclədiyi məbləğ açıqlanıb

Qətərin DÇ-2022 üçün xərclədiyi məbləğ açıqlanıb

Futbol
Azərbaycan komandası Çempionlar Liqasında qələbə qazanaraq qrup liderinə çevrilib

Azərbaycan komandası Çempionlar Liqasında qələbə qazanaraq qrup liderinə çevrilib

Futbol
"Sumqayıt" braziliyalı vingerlə müqavilə imzalayıb

"Sumqayıt" braziliyalı vingerlə müqavilə imzalayıb