AFFA-nın baş katibi Sərxan Hacıyev hesabat verib

AFFA-nın baş katibi Sərxan Hacıyev hesabat verib

AFFA-nın baş katibi Sərxan Hacıyev hesabat verib.

“QELEBE.AZ”un məlumatına görə, o, milli assosiasiyanın növbəti Konfransında 2023-cü ildə Azərbaycan futbolunda baş verən hadisələrdən bəhs edib.
Sərxan Hacıyev ən əlamətdar hadisə kimi 30 illik fasilədən sonra işğaldan azad olunan ərazilərdə rəsmi futbol matçının keçirilməsini qeyd edib: "Ötən hesabat ilində Xankəndi şəhərində Azərbaycan Kubokunun oyunu keçirildi. Bu, işğaldan azad olunan torpaqlarda uzun illərdən sonra ilk görüş idi. "Qarabağ"la MOİK arasında oyun Azərbaycan idmanı tarixinə qızıl hərflərlə yazıldı. Həmin günü daha da mötəbər edən məqam Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva qatılmışdılar".
Baş katib "Qarabağ"ın 2023/2024 mövsümündə Avropa Liqasındakı parlaq çıxışına da toxunub: "Azərbaycan futbolu ötən il "Qarabağ"ın uğuru ilə bağlı oldu. Bunu Azərbaycan futbolunun uğuru kimi də qələmə vermək olar. "Qarabağ" yeni tarix yazaraq, Avropa Liqasında 1/8 finala qədər irəlilədi. Bu, Azərbaycan futbol tarixində xüsusi iz oldu. Həmçinin qadınlardan ibarət millimiz də yeni tarix yazdı. Komandamız ilk dəfə qrup mərhələsində birinci yeri tutdu, B Liqasına vəsiqə qazandı".

Futbol
“Qəbələ”nin futbolçusu: “Qarabağ”la 11 gündə 3 oyun keçirmək çox çətindir”

“Qəbələ”nin futbolçusu: “Qarabağ”la 11 gündə 3 oyun keçirmək çox çətindir”

Futbol
Luis Suaresin yeni klubu bəlli olub

Luis Suaresin yeni klubu bəlli olub

Futbol
Azərbaycan Kuboku: "Səbail" və "Turan Tovuz" 1/4 finala yüksəlib

Azərbaycan Kuboku: "Səbail" və "Turan Tovuz" 1/4 finala yüksəlib

Futbol
"Zirə"nin legioneri: "DÇ-2022 Belçika üçün son şansdır, De Brüyne və Azar qocalır"

"Zirə"nin legioneri: "DÇ-2022 Belçika üçün son şansdır, De Brüyne və Azar qocalır"

Futbol
Fransalı futbolçu 109 kq kokain daşıdığı üçün həbs edilib

Fransalı futbolçu 109 kq kokain daşıdığı üçün həbs edilib

Futbol
"Kəpəz" - "Şamaxı" oyununda VAR sistemindən istifadə olunmur

"Kəpəz" - "Şamaxı" oyununda VAR sistemindən istifadə olunmur

Futbol
Azərbaycan millisinin futzalçısı: "Bu formanı geyinmək qürurvericidir"

Azərbaycan millisinin futzalçısı: "Bu formanı geyinmək qürurvericidir"

Futbol
Ronaldo: “PSJ-yə keçməyi xəyal edirəm”

Ronaldo: “PSJ-yə keçməyi xəyal edirəm”

Futbol
Françesko Kalzona: “Azərbaycan millisində italiyalı məşqçinin əli hiss olunur”

Françesko Kalzona: “Azərbaycan millisində italiyalı məşqçinin əli hiss olunur”

Futbol
Azərbaycan komandası Çempionlar Liqasında qələbə qazanaraq mərhələ adlayıb

Azərbaycan komandası Çempionlar Liqasında qələbə qazanaraq mərhələ adlayıb

Futbol
DÇ-2022: Mərakeş və Xorvatiya millilərinin start heyətləri bəlli olub

DÇ-2022: Mərakeş və Xorvatiya millilərinin start heyətləri bəlli olub

Futbol
Azərbaycan Premyer Liqasının dəyəri qalxıb, "Qarabağ"da azalıb

Azərbaycan Premyer Liqasının dəyəri qalxıb, "Qarabağ"da azalıb