Konor Makqreqor bu il ən çox dopinq sınağından keçən UFC döyüşçüsüdür
Konor Makqreqor 2024-cü ildə ən çox dopinq sınağından keçən UFC döyüşçüsüdür.
“QELEBE.AZ” “Bloody Elbow”a istinadən xəbər verir ki, o, ilin birinci rübündə yeni proqrama əsasən 5 dəfə testdən keçib.
Keçmiş orta çəkili çempion Şon Striklend və ağır çəkili qadın döyüşçü Mayra Bueno Silva hərəyə 3 dəfə dopinq testi veriblər.
Orta çəkidə hazırkı çempion Leon Edvards, yüngül çəkidə çempion İslam Maxaçev və yüngül çəkidə keçmiş çempion Aleksandr Volkanovski 2024-cü ildə bir dəfə də olsun sınaqdan keçməyiblər.
Konor Makqreqor iki müxtəlif çəki dərəcəsində UFC çempionu olub.

https://mail.qalaba.az//uploads/photo/konor-makqreqor-bu-il-en-chox-dopinq-sinagindan-kechen-ufc-doyushchusudur.webp











