FIFA referisi: "Ozobiçə qırmızı vərəqə verilməli idi, rəqibin sağlamlığına məhəl qoymur"

FIFA referisi: "Ozobiçə qırmızı vərəqə verilməli idi, rəqibin sağlamlığına məhəl qoymur"

"Bu epizodda qırmızı vərəqə verilməli idi".

Bunu "QELEBE.AZ"a açıqlamasında FIFA referisi, hazırda oyunları idarə etməyən Rəhim Həsənov "Qarabağ"ın futbolçusu Filip Ozobiçin Premyer Liqanın X turunda "Sumqayıt"la matçın 15-ci dəqiqədə Almir Aqanspahiça qarşı etdiyi qayda pozuntusu ilə bağlı danışarkən deyib.

39 yaşlı ədalət təmsilçisi bunun ciddi qayda pozuntusu olduğunu və yarımmüdafiəçinin rəqibin sağlamlığına məhəl qoymadığını bildirib.

Həsənov belə məqamlarda video köməkçi hakimin (VAR) dialoq yaratdığını xatırladıb: "Amma baş hakim qırmızı vərəqə üçün əsas olmadığını söyləyirsə, VAR-dakı həmkarı artıq müdaxilə edə bilmir. Bir sözlə, son qərarı əsas referi verir. Bəlkə də hakim ayağın tam açıq olmadığını və zərbə anında bir balaca yığıldığını düşünüb. Amma görünən odur ki, "Qarabağ"ın oyunçusu topa yox, rəqibin istiqamətində sürətlə tullanaraq onun baldır nahiyəsinə, qorunmayan hissəsinə şiplərlə (idman ayaqqabısının altındakı dişlər - red.) vurur. Bu, o halda sarı vərəqə olardı ki, futbolçu ilk olaraq topa sonra rəqibə toxunardı".

Qeyd edək ki, "Qarabağ" "Sumqayıt"ı 3:1 hesabı ilə məğlub edib. Qarşılaşmanı FIFA referisi Əliyar Ağayev idarə edib. VAR hakimi isə Rəvan Həmzəzadə olub.

Futbol
“Qarabağ” dünya reytinqində 8 pillə irəliləyib

“Qarabağ” dünya reytinqində 8 pillə irəliləyib

Futbol
Erlinq Holann Çempionlar Liqasında yeni rekorda imza atıb

Erlinq Holann Çempionlar Liqasında yeni rekorda imza atıb

Futbol
"Olimpiakos"un futbolçusu "Qarabağ"la oyundan sonra azarkeşləri söyüb

"Olimpiakos"un futbolçusu "Qarabağ"la oyundan sonra azarkeşləri söyüb

Futbol
Belarus yığmasının sabiq qapıçısı aksiyalarda iştiraka görə saxlanılıb

Belarus yığmasının sabiq qapıçısı aksiyalarda iştiraka görə saxlanılıb

Futbol
Azərbaycan millisinin məşqçisi: “Mahir Emreli gələcəyi barədə düşünməlidir”

Azərbaycan millisinin məşqçisi: “Mahir Emreli gələcəyi barədə düşünməlidir”

Futbol
Aleksander Çeferin yenidən UEFA prezidentliyinə namizəd olacaq

Aleksander Çeferin yenidən UEFA prezidentliyinə namizəd olacaq

Futbol
Qurban Qurbanov: "Heyətin gücləndirilməsi yönündə işlər aparılır"

Qurban Qurbanov: "Heyətin gücləndirilməsi yönündə işlər aparılır"

Futbol
KİV: “Səudiyyənin iki klubu Messi ilə müqavilə imzalamaq istəyir”

KİV: “Səudiyyənin iki klubu Messi ilə müqavilə imzalamaq istəyir”

Futbol
"Napoli" Kvaratsxeliya ilə yeni müqavilə imzalamaq istəyir

"Napoli" Kvaratsxeliya ilə yeni müqavilə imzalamaq istəyir

Futbol
Millinin baş məşqçisi Qara Qarayevin yığmaya çağırılmamasına münasibət bildirib

Millinin baş məşqçisi Qara Qarayevin yığmaya çağırılmamasına münasibət bildirib

Futbol
“Galatasaray” “Fenerbahçe”ni səfərdə 3:0 məğlub edib

“Galatasaray” “Fenerbahçe”ni səfərdə 3:0 məğlub edib

Futbol
Azərbaycanın U-21 yığması Moldova ilə heç-heçə edib

Azərbaycanın U-21 yığması Moldova ilə heç-heçə edib