Şahruddin Məhəmmədəliyev "Fənərbağça"ya qarşı oyunda aldığı zədəyə aydınlıq gətirib

Şahruddin Məhəmmədəliyev "Fənərbağça"ya qarşı oyunda aldığı zədəyə aydınlıq gətirib

"Adana Dəmirspor" klubunun və Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyə Superliqasının XXXI turu çərçivəsində səfərdə "Fənərbağça"ya qarşı keçirdikləri oyun zamanı aldığı zədəyə aydınlıq gətirib.

Bu barədə "QELEBE.AZ"a açıqlamasında start heyətində meydana çıxan, lakin qarşılaşmanın fasiləsində əvəzlənən 29 yaşlı qolkiper bildirib: "Matçın gedişində rəqib futbolçu dizi ilə ayağıma zərbə endirdi. Birinci hissənin sonuna qədər ayağım şişdi və hərəkət edə bilmədim. Sadə ağrılar olsaydı, davam edə bilərdim. Amma tərpənmək mümkün deyildi".

Ş.Məhəmmədəliyev 5-6 günə yaşıl meydanlara qayıda biləcəyini söyləyib: "Tez bir zamanda hər şey yoluna düşəcək. İnşallah, sağalaraq komanda ilə birgə məşqlərə başlamaq istəyirəm".

Qeyd edək ki, "Fənərbağça" - "Adana Dəmirspor" oyunu İstanbul klubunun 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Futbol
Çempionlar Liqası: IV turun nəticələri

Çempionlar Liqası: IV turun nəticələri

Futbol
İspaniya millisi Luis Enrike ilə yollarını ayırıb

İspaniya millisi Luis Enrike ilə yollarını ayırıb

Futbol
Regekampfla maraqlanan Rumıniya klubu digər yerli mütəxəssisə tapşırılır

Regekampfla maraqlanan Rumıniya klubu digər yerli mütəxəssisə tapşırılır

Futbol
“Barselona” “Real Madrid”i məğlub edərək İspaniya Superkubokunun qalibi olub

“Barselona” “Real Madrid”i məğlub edərək İspaniya Superkubokunun qalibi olub

Futbol
"Barselona"nın son dörd mövsümdə itkisi 100 milyon avronu keçib

"Barselona"nın son dörd mövsümdə itkisi 100 milyon avronu keçib

Futbol
Azərbaycan Premyer Liqası: Bu gün təxirə salınmış oyun keçiriləcək

Azərbaycan Premyer Liqası: Bu gün təxirə salınmış oyun keçiriləcək

Futbol
Azərbaycan millisinin futbolçusu Türkiyə klubuna keçib

Azərbaycan millisinin futbolçusu Türkiyə klubuna keçib

Futbol
Məhəmməd Adıyev: "Azərbaycan millisi ilə oyunda eksperiment aparmayacağıq"

Məhəmməd Adıyev: "Azərbaycan millisi ilə oyunda eksperiment aparmayacağıq"

Futbol
Polşa növbəti sensasiyaya imkan verməyib

Polşa növbəti sensasiyaya imkan verməyib

Futbol
Konfrans Liqası: Beş komanda pley-offa vəsiqə qazana bilər

Konfrans Liqası: Beş komanda pley-offa vəsiqə qazana bilər

Futbol
“Real Madrid” Dueyn Consona onun adı olan forma hədiyyə edib

“Real Madrid” Dueyn Consona onun adı olan forma hədiyyə edib

Futbol
Səudiyyəli futbolçunun qapıçısı ilə toqquşması nəticəsində çənəsi sınıb

Səudiyyəli futbolçunun qapıçısı ilə toqquşması nəticəsində çənəsi sınıb