Olimpiadaya lisenziya qazanan Azərbaycan güləşçisi: Azarkeşlərsiz mümkün olmazdı

Olimpiadaya lisenziya qazanan Azərbaycan güləşçisi: Azarkeşlərsiz mümkün olmazdı

Azarkeşlərsiz bu uğur mümkün olmazdı.

“Report”un məlumatına görə, bunu Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində finala yüksələrək Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edən Azərbaycanın sərbəst güləşçisi Georgi Meşvildişvili (125 kq) jurnalistlərə açıqlamasında deyib.

Yarımfinalda Alen Xubulov (Bolqarıstan) üzərində inamlı qələbə qazanan 31 yaşlı idmançı bunun üçün əlindən gələni etdiyini bildirib: “Komanda, federasiya, məşqçi korpusu qarşısında məsuliyyətim var idi. Qələbə üçün əlimdən gələni etdim. Uğuruma görə, bütün məşqçi heyətinə təşəkkürümü bildirirəm. Federasiya da bizim üçün hər cür şəraiti yaratmışdı. Xüsusən də, azarkeşləri vurğulamalıyam”.

G.Meşvildişvili Fransada keçiriləcək olimpiadaya çempionluq üçün yollanacağını söyləyib: “Bütün rəqiblər yaxşıdır. Xüsusən də, Moldova idmançısını qeyd edərdim. Yarışa yüksək səviyyədə hazırlaşmaq lazımdır. Bütün idmançıların əsas arzusu olimpiya qızılını qazanmaqdır. Hamı bunun uğrunda döyüşəcək”.

Qeyd edək ki, bu gün Azərbaycanın 5 sərbəst güləşçisi olimpiadaya lisenziya əldə edib. Meşvildişvili ilə yanaşı, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (86) bunu bacarıblar.

Fərdi
Niyaməddin Paşayev: "Mundiala yollanacaq hər bir taekvondoçu yaxşı formadadır"

Niyaməddin Paşayev: "Mundiala yollanacaq hər bir taekvondoçu yaxşı formadadır"

Fərdi
Azərbaycanda ilin ən yaxşı gimnastları bəlli olub

Azərbaycanda ilin ən yaxşı gimnastları bəlli olub

Fərdi
Azərbaycanın kikboksinq yığması Avropa çempionatına hazırlaşır

Azərbaycanın kikboksinq yığması Avropa çempionatına hazırlaşır

Fərdi
"Tata Steel İndia": Şəhriyar Məmmədyarov növbəti görüşlərini keçirəcək

"Tata Steel İndia": Şəhriyar Məmmədyarov növbəti görüşlərini keçirəcək

Fərdi
Böyük Dəbilqə: Bu gün Azərbaycanın 5 cüdoçusu tatamiyə çıxacaq

Böyük Dəbilqə: Bu gün Azərbaycanın 5 cüdoçusu tatamiyə çıxacaq

Fərdi
Rusiyanın 5 qat olimpiya çempionu ölkəni tərk edib

Rusiyanın 5 qat olimpiya çempionu ölkəni tərk edib

Fərdi
Azərbaycanın stolüstü tennisçisi Çexiyada gümüş medal qazanıb

Azərbaycanın stolüstü tennisçisi Çexiyada gümüş medal qazanıb

Fərdi
Federasiya rəsmisi: "Qarabağın digər regionlarında da yarışlar planlaşdırılır"

Federasiya rəsmisi: "Qarabağın digər regionlarında da yarışlar planlaşdırılır"

Fərdi
Nazim Sadıqov: "UFC-də nokautlarla müqaviləmin müddətini uzadacağam"

Nazim Sadıqov: "UFC-də nokautlarla müqaviləmin müddətini uzadacağam"

Fərdi
17 yaşlı idmançı UFC tarixinin ən gənc döyüşçüsü olub

17 yaşlı idmançı UFC tarixinin ən gənc döyüşçüsü olub

Fərdi
Azərbaycanın iki paracüdoçusu Avropa çempionatının medalını qazanıb

Azərbaycanın iki paracüdoçusu Avropa çempionatının medalını qazanıb

Fərdi
"Formula 1": Azərbaycan Qran-prisində ilk dəfə sprint yarışı keçiriləcək

"Formula 1": Azərbaycan Qran-prisində ilk dəfə sprint yarışı keçiriləcək