Azərbaycanın cudo millisi Çexiyada beynəlxalq toplanışı başa vurub
Azərbaycanın yeniyetmə qızlardan ibarət cudo millisi Çexiyada beynəlxalq təlim-məşq toplanışını başa vurub.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, hazırlıq prosesində 12 idmançı iştirak edib.
Teplitse şəhərində təşkil olunan təlim-məşq toplanışı mayın 4-5-də Göygöldə keçiriləcək Avropa Kubokuna, həmçinin iyun və avqust aylarında baş tutacaq Avropa və dünya çempionatlarına hazılıq məqsədi daşıyıb.

https://mail.qalaba.az//uploads/photo/azerbaycanin-cudo-millisi-chexiyada-beynelxalq-toplanishi-basha-vurub.webp











