Azərbaycan millisinin üzvü: Parisdəki hədəfimiz də uğur qazanmaq olacaq

Azərbaycan millisinin üzvü: Parisdəki hədəfimiz də uğur qazanmaq olacaq

Parisdəki hədəfimiz də uğur qazanmaq olacaq.

“QELEBE.AZ”un məlumatına görə, bunu Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin üzvü Dina Ulyanova Honqkonqda keçirilən Olimpiya Təsnifat turnirində qalib olmaları barədə danışarkən deyib.

Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanan yığmanın oyunçusu tarixi uğurun davamını Fransada gətirmək istədiklərini bildirib: “Olimpiya Oyunlarında dünyanın 8 güclü komandası mübarizə aparacaq. Orada 1 dəqiqə belə arxayınlaşmaq olmaz. Təbii ki, biz də uğur qazanmağa köklənəcəyik. Parisdə hədəfimiz məhz bu olacaq".

D.Ulyanova öz işlərini sevdikləri üçün uğur qazandıqlarını söyləyib: “Uğura aparan yolun əvvəli bir neçə il öncəyə dayanır. İlk dəfə Macarıstanda beynəlxalq turnirə qatılmışdıq. Dünyada elə bir idmançı yoxdur ki, olimpiadanı arzulamasın. Bu fikirlər hər zaman beynimdə olub. Arzunu gerçəkləşdirmək üçün isə dayanmadan üzərində işləməlisən. Mən də hər zaman bunu arzulayırdım və buna doğru addımlayırdım”.

Basketbolçu yarımfinaldan sonra hisslərini cilovlaya bilməməsindən də danışıb: “Təbii ki, uğur qazanacağımıza inanırdım. Turnirdəki hər bir oyun gərgin mübarizə şəraitində keçdi. Yüksək köklənmə və sonadək mübarizə nəticəsində istəyimizə çatdıq. Aleksandra Mollenhauerin son dəqiq atışından sonra olimpiyadaya gedəcəyimizi dərk etdik”.

Qeyd edək ki, millimiz turnirin finalında Polşaya 18:17 hesabı ilə qalib gələrək Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Azərbaycan ilk dəfə komanda idman növündə olimpiadada təmsil olunacaq.

Komanda
Rusiyalı gənc hokkeyçi qəfil ölüb

Rusiyalı gənc hokkeyçi qəfil ölüb

Komanda
Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsümün başlayacağı tarix açıqlanıb

Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsümün başlayacağı tarix açıqlanıb

Komanda
Dünya çempionatı: İtaliyanın yarımfinaldakı rəqibi müəyyənləşib

Dünya çempionatı: İtaliyanın yarımfinaldakı rəqibi müəyyənləşib

Komanda
Voleybol üzrə dünya çempionatında ilk finalçı müəyyənləşib

Voleybol üzrə dünya çempionatında ilk finalçı müəyyənləşib

Komanda
"Xarı bülbül Şuşa" komandası ölkə çempionatına Bakıda hazırlaşır

"Xarı bülbül Şuşa" komandası ölkə çempionatına Bakıda hazırlaşır

Komanda
"Azərreyl" Çağırış Kubokunda cavab oyununa çıxacaq

"Azərreyl" Çağırış Kubokunda cavab oyununa çıxacaq

Komanda
"Murov"un voleybolçusu: "Avstriya komandasına da qalib gəlmək istəyirik"

"Murov"un voleybolçusu: "Avstriya komandasına da qalib gəlmək istəyirik"

Komanda
Azərbaycanın 3x3 basketbol millisi Serbiya ilə oyun keçirib

Azərbaycanın 3x3 basketbol millisi Serbiya ilə oyun keçirib

Komanda
Azərbaycan millisinin üzvləri Çin çempionatında bürünc medal qazanıblar

Azərbaycan millisinin üzvləri Çin çempionatında bürünc medal qazanıblar

Komanda
Azərbaycan Basketbol Liqasında X tura start verilib

Azərbaycan Basketbol Liqasında X tura start verilib

Komanda
Voleybol üzrə Azərbaycan çempionatlarında yeni mövsüm noyabrda başlaya bilər

Voleybol üzrə Azərbaycan çempionatlarında yeni mövsüm noyabrda başlaya bilər

Komanda
"Azərreyl" Çağırış Kubokunda mübarizəyə başlayır

"Azərreyl" Çağırış Kubokunda mübarizəyə başlayır