Azərbaycan millisinin qapıçısı: Hakimlər bəzi epizodlarda tərəfkeşlik edirdilər

Azərbaycan millisinin qapıçısı: Hakimlər bəzi epizodlarda tərəfkeşlik edirdilər

Hakimlər yerli olduqları üçün öz millilərinə simpatiyaları görünürdü. Bəzi epizodlarda çox tərəfkeşlik etdilər.

Bunu "QELEBE.AZ"a açıqlamasında Azərbaycanın futzal millisinin qapıçısı Emin Kürdov Gürcüstana uduzduqları yoldaşlıq görüşləri (2:3, 1:2) barədə danışarkən deyib.

39 yaşlı qolkioer bu qarşılaşmalarda yaxşı mübarizə apardıqlarını bildirib: "İki görüşdə də minimal hesabla uduzduq. Heyətimiz yenidən qurulur. Oyunçuların əksəriyyəti gəncdir, U-19 yığmasından da futzalçılar cəlb edilib. Rəqibin heyətində 4-5 legioner olduğunu da bilirdik. Gürcüstan millisi təcrübəli kollektivdir, Avropa və dünya çempionatlarında iştirak ediblər. Çətin olacağını bilirdik. Amma oyunçular əzmkarlıq göstərdilər. Şəxsən mən gələcəyə görə ümidləndim".

E.Kürdov yaxşı nəticələr əldə etmək üçün gənclərin təcrübə toplamalı olduqlarını diqqətə çatdırıb: "Tez-tez təlim-məşq toplanışları keçirməli, matçlar oynamalıyıq. Yaxşı oyunçularımız var. Nəticələr də qazana bilərik. Son qarşılaşmalar da bunu göstərdi. İkinci matçda hesab 1:1 idi. Rəqib sonlara yaxın fərqləndi. Ani səhv oldu. Həqiqətən ümidverici görüşlər idi. Bu uşaqlara şans vermək və onlarla işləmək lazımdır. Bizim üçün yaxşı səfər oldu. Bərabər səviyyədə matçlar oynadıq".

Futbol
İlqar Nadiri "Kəpəz"in İdarə Heyətinin sədri seçilib

İlqar Nadiri "Kəpəz"in İdarə Heyətinin sədri seçilib

Futbol
DÇ-2022-də ən çox futbolçu ilə təmsil olunan klublar bəlli olub

DÇ-2022-də ən çox futbolçu ilə təmsil olunan klublar bəlli olub

Futbol
Qurban Qurbanov Rusiya klubunun təklifindən imtina edib

Qurban Qurbanov Rusiya klubunun təklifindən imtina edib

Futbol
"Nant" Bakıya səfər öncəsi məğlub olub

"Nant" Bakıya səfər öncəsi məğlub olub

Futbol
Aleksey Baqa: "Azərbaycana pul dalınca gəlməmişdim"

Aleksey Baqa: "Azərbaycana pul dalınca gəlməmişdim"

Futbol
Orxan Məmmədov: "Minifutbol artıq əhali arasında geniş yayılıb"

Orxan Məmmədov: "Minifutbol artıq əhali arasında geniş yayılıb"

Futbol
Aftandil Hacıyev: "Qarabağ" və "Neftçi" qələbə üçün sonadək döyüşəcək"

Aftandil Hacıyev: "Qarabağ" və "Neftçi" qələbə üçün sonadək döyüşəcək"

Futbol
Almaniya Kuboku: "Qarabağ"ın rəqibi çətin qələbə ilə mərhələ adlayıb

Almaniya Kuboku: "Qarabağ"ın rəqibi çətin qələbə ilə mərhələ adlayıb

Futbol
Azərbaycan Kuboku: “Neftçi” “Zirə”yə qalib gələrək yarımfinala yüksəlib

Azərbaycan Kuboku: “Neftçi” “Zirə”yə qalib gələrək yarımfinala yüksəlib

Futbol
Canni de Byazi iki futbolçudan imtina edib

Canni de Byazi iki futbolçudan imtina edib

Futbol
“Neftçi”nin sabiq futbolçusu: “Qarabağ”ın uğurlu çıxışı mənə xoş gəlmir”

“Neftçi”nin sabiq futbolçusu: “Qarabağ”ın uğurlu çıxışı mənə xoş gəlmir”

Futbol
Pele ilə vida mərasiminə qatılmayan futbolçular tənqidlərə məruz qalıblar

Pele ilə vida mərasiminə qatılmayan futbolçular tənqidlərə məruz qalıblar