Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimlər heyətinin üzvü Nazim Umbayev Paralimpiya Oyunlarının cüdo yarışlarında hakimlik edəcək.
"QELEBE.AZ" ACF-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, A kateqoriyalı beynəlxalq dərəcəli referi sentyabrın 5-7-si aralığında Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Paralimpiya Oyunlarında ədalət təmsilçiləri sırasında yer alacaq.
Qeyd edək ki, Nazim Umbayev 2017-ci ildə B, 2022-ci ildə A kateqoriyalı beynəlxalq dərəcəli hakim adını alıb. O, 2022-ci ilin sonundan etibarən Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə Dünya Cüdo Turu çərçivəsində keçirilən nüfuzlu yarışlarda hakim kimi iştirak edir. Umbayev hazırda cüdo hakimlərinin dünya reytinqində 19-cu pillədə qərarlaşıb.

https://mail.qalaba.az//uploads/photo/azerbaycanli-hakim-paralimpiadanin-cudo-yarishlarina-devet-alib.webp











