"Şamaxı" rəsmisi Avropa Klublar İttifaqının İdarə Heyətinin üzvü seçilib

"Şamaxı" rəsmisi Avropa Klublar İttifaqının İdarə Heyətinin üzvü seçilib

Azərbaycanın I Liqa təmsilçisi "Şamaxı"nın rəsmisi Avropa Klublar İttifaqının (UEC) İdarə Heyətinin üzvü seçilib.

"Report" bölgə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, UEC-in onlayn formatda illik ümumi yığıncağında "Şamaxı"nın İdarə Heyətinin sədri Elçin Usub da iştirak edib.

İclasda bir sıra məsələlər müzakirə edildikdən sonra UEC ilk İdarə Heyətini seçib. İdarə Heyətində “Şamaxı” ilə yanaşı, “Osasuna” (İspaniya), “Bernli” (İngiltərə), “Makkabi” (Netanya, İsrail) kimi klubların rəsmiləri də yer alıblar.

Avropa futbolunda kiçik və orta peşəkar futbol klublarının maraqlarının təmsilçisi olan UEC-in əsas məqsədlərindən biri mövcud resursların, xüsusilə maliyyə resurslarının daha ədalətli bölünməsini təmin etməkdir. Qurum hazırda UEFA-nın 25 üzv assosiasiyasının 141 klubunu birləşdirir. Üzvlər arasında La Liqa və Böyük Britaniyanın bir çox klublarını birləşdirən “Fair Game” təşkilatı da yer alır.

İdarə Heyətinə seçilən Elçin Usub təyinatla bağlı fikirlərini bildirib: “Avropa Klublar İttifaqının əsas məqsədi və ideyaları Azərbaycan üçün də aktualdır və burada görüləsi işlər çoxdur. UEC-in İdarə Heyətinin üzvü kimi ölkəmizdə də bu məqsədlər uğrunda sözümüzü daha da inamlı demək üçün bundan sonra da fəaliyyətimi davam etdirəcəm. Fürsətdən istifadə edib vaxtilə mənə etimad göstərib, Azərbaycan futbolunu bu təşkilatın ilk tədbirlərinin birində təmsil etmək səlahiyyəti verən bütün I Liqa klublarına və PFL-ə təşəkkür edirəm”.

Futbol
“Şamaxı”nın qış hazırlıq proqramı məlum olub

“Şamaxı”nın qış hazırlıq proqramı məlum olub

Futbol
"Dinamo" Mahir Emreli ilə müqaviləni pozmaq istəyib

"Dinamo" Mahir Emreli ilə müqaviləni pozmaq istəyib

Futbol
Fransa millisinin müdafiəçisi üçün mundial başa çatıb

Fransa millisinin müdafiəçisi üçün mundial başa çatıb

Futbol
Serbiyalı baş məşqçi "Krasnodar"la müqavilə imzalayacaq

Serbiyalı baş məşqçi "Krasnodar"la müqavilə imzalayacaq

Futbol
"Qarabağ"ın iki futbolçusu Azərbaycan millisində qol hesabını açıb

"Qarabağ"ın iki futbolçusu Azərbaycan millisində qol hesabını açıb

Futbol
Canni De Byazinin köməkçisi İtaliya klubunun baş məşqçisi olacaq

Canni De Byazinin köməkçisi İtaliya klubunun baş məşqçisi olacaq

Futbol
Sautgeyt İran millisini darmadağın etdikləri oyundan narazı qalıb

Sautgeyt İran millisini darmadağın etdikləri oyundan narazı qalıb

Futbol
İstanbul derbisi: "Qalatasaray" "Fənərbağça"nı məğlub edib

İstanbul derbisi: "Qalatasaray" "Fənərbağça"nı məğlub edib

Futbol
Modriç və Ronaldu yenidən komanda yoldaşı ola bilərlər

Modriç və Ronaldu yenidən komanda yoldaşı ola bilərlər

Futbol
DÇ-2022: İngiltərə ABŞ-la bərabərə qalıb

DÇ-2022: İngiltərə ABŞ-la bərabərə qalıb

Futbol
Çempionlar Liqası: Bu gün 1/8 finalın daha 2 iştirakçısı bəlli olacaq

Çempionlar Liqası: Bu gün 1/8 finalın daha 2 iştirakçısı bəlli olacaq

Futbol
Mbappe PSJ-ni tərk etmək istəyir

Mbappe PSJ-ni tərk etmək istəyir