"Sabah"ın baş məşqçisi: Azərbaycanı Avropada ən yaxşı formada təmsil etməkdən qürur duyacağıq

"Sabah"ın baş məşqçisi: Azərbaycanı Avropada ən yaxşı formada təmsil etməkdən qürur duyacağıq

Azərbaycanı Avropada ən yaxşı formada təmsil etməkdən qürur duyacağıq və buna hazır olduğumuzu düşünürəm.

Bunu “Report”a "Sabah"ın U-19 komandasının baş məşqçisi Adino Mustedanaqiç deyib.

Gənclər Liqasında mövsümün sonuna 2 tur qalmış çempionluğunu təmin edən paytaxt təmsilçisinin çalışdırıcısı maraqlı futbol ilinə şahidlik etdiklərini bildirib: “Bir çox fərqli rəqiblər var idi. Mən həm U-19-un baş məşqçisi, həm də akademiyanın koordinatoru idim. Bir növ spesifik iş oldu. Çempionluq uzun müddətli işin nəticəsi olaraq gəlir. Xoşbəxtik ki, komandadakı bir çox oyunçu akademiyadan gəlir. Bunda yaxşı skautinqin də rolu var”.

41 yaşlı xorvatiyalı mütəxəssis bəzi hədəflərinə çatdıqlarını söyləyib: “U-19 liqasını qazanmaq və Akademiyanın hazırda olduğu situasiyanı nəzərə alsaq ortamüddətli hədəflərimizə çatmışıq. Hansı ki, 4 il əvvəl bunun üçün işə başlamışdıq. Artıq klub spesifik bir nöqtəyə gəlib. Hədəflərimizi yeniləyə bilərik. Hansı ki bizi uzunmüddətli hədəflərimizə daha da yaxınlaşdıra bilər. Təbii ki, uzunmüddətli hədəf mümkün olan ən yaxşı Akademiyaya çevrilmək və əsas komandaya futbolçular qazandırmaqdı”.

U-19-un baş məşqçisi Azərbaycanı UEFA Gənclər Liqasında layiqincə təmsil etmək istədiklərini deyib: “Hər komanda Avropada çıxış etməyi arzulayır. Təbii ki, məsuliyyətimizi anlayırıq. Amma real yanaşsaq, bəzi oyunçularımız üçün bu, Avropada oynamaq baxımından ilk təcrübə olacaq. Onlardan istəyimiz maksimumlarını ortaya qoymaq və Azərbaycanı ən yaxşı şəkildə təmsil etməkdir”.

A.Mustedanaqiç “Sabah”ın əsas komandasının heyətinə U-19-dan futbolçu göndərdiklərini bildirib: “Artıq 3-4 oyunçu vermişik. Bəziləri əsas komandada məşq edir, bəziləri ehtiyatda olur. Hətta meydana çıxanlar belə var. Bu, klubun strategiyasını göstərir. Akademiya klubun və əsas komandanın planlarının daxilində deyilsə, U-19 Liqasını qazanmaq, yaxşı akademiya olmaq, əsas komandaya oyunçu vermək mümkün deyil. Əsas komanda və akademiyanın aydın planı olduqda akademiya öz hədəflərini anlaya bilir. Əsas komandaya daha çox oyunçu qazandırmağı səbirsizliklə gözləyirik. Gənc oyunçular “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç üçün çox maraqlıdırlar. Hətta bir neçə oyunu da izləməyə gəlib. Bəzi futbolçular haqqında danışmışıq. 4 gənc oyunçunu məşqlərə dəvət edib. Təbii ki, indi mövsümün ən gərgin hissəsidi. Amma danışmışıq ki, mövsüm bitəndən sonra gənc oyunçular barədə planlaşdırma aparaq".

Futbol
“İmişli”yə texniki məğlubiyyət verilib

“İmişli”yə texniki məğlubiyyət verilib

Futbol
Roberto Martines İspaniya yığmasının baş məşqçisi təyin oluna bilər

Roberto Martines İspaniya yığmasının baş məşqçisi təyin oluna bilər

Futbol
"Yuventus"un yeni prezidenti bəlli olub

"Yuventus"un yeni prezidenti bəlli olub

Futbol
Gəncədə tarixi derbi, "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək

Gəncədə tarixi derbi, "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək

Futbol
Premyer Liqa: "Sumqayıt" "Şamaxı" ilə heç-heçə edib

Premyer Liqa: "Sumqayıt" "Şamaxı" ilə heç-heçə edib

Futbol
“Sabah” rekordçusu ilə müqaviləni yeniləyib

“Sabah” rekordçusu ilə müqaviləni yeniləyib

Futbol
“Yuventus” avrokuboklardan uzaqlaşdırıla bilər

“Yuventus” avrokuboklardan uzaqlaşdırıla bilər

Futbol
Mirbağır İsayev 3 aylıq futboldan uzaqlaşdırılıb

Mirbağır İsayev 3 aylıq futboldan uzaqlaşdırılıb

Futbol
Azərbaycanın FIFA referisi "Benfika"nın oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi "Benfika"nın oyununa təyinat alıb

Futbol
"Qarabağ"ın legioneri: "Frayburq"la oyunu böyük həvəslə gözləyirik"

"Qarabağ"ın legioneri: "Frayburq"la oyunu böyük həvəslə gözləyirik"

Futbol
Elxan Səmədov: “Gələn mövsüm Premyer Liqada komanda sayının artacağına inanmıram”

Elxan Səmədov: “Gələn mövsüm Premyer Liqada komanda sayının artacağına inanmıram”

Futbol
Messinin PSJ ilə imzalayacağı yeni müqavilənin detalları bəlli olub

Messinin PSJ ilə imzalayacağı yeni müqavilənin detalları bəlli olub