Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib.
"QELEBE.AZ" xəbər verir ki, növbəti oyun günündə "Xəzri" və "Sərhədçi" kollektivləri üz-üzə gəliblər.
"Sərhədçi" İdman Mərkəzində keçirilən 1/4 final matçında birincilər 98:64 hesablı qələbəyə seviniblər.
Komandalar arasında ikinci oyun mayın 3-də baş tutacaq.
Ötən gün "Xırdalan" 1/4 finalın digər oyununda "Neftçi"yə 80:75 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, pley-off seriyasında iki qələbə qazanan klublar yarımfinala yüksələcəklər. Seriyada bərabərlik olarsa, o zaman 3-cü oyun gerçəkləşəcək.

https://mail.qalaba.az//uploads/photo/azerbaycan-basketbol-liqasinda-pley-off-merhelesinin-daha-bir-gorushu-kechirilib.webp











