Peşəkar Futbol Liqası prezidentinin son durumu müəyyənləşib

Peşəkar Futbol Liqası prezidentinin son durumu müəyyənləşib

Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədovun son durumu müəyyənləşib.

Bu barədə "Report"a PFL-in media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.

Onun sözlərinə görə, qurum rəhbərinin vəziyyəti günü-gündən müsbətə doğru irəliləyir: "Elxan müəllimin hazırda vəziyyəti çox yaxşıdır. Həkimlər bildirirlər ki, sağalma prosesi onların istədiyi formada gedir. Reabilitasiya mərhələsi yüksək səviyyədə davam edir".

Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Futbol
Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş futbol tədbiri keçirilib

Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş futbol tədbiri keçirilib

Futbol
"Şamaxı" klubu futbolçusu ilə müqaviləni ləğv edib

"Şamaxı" klubu futbolçusu ilə müqaviləni ləğv edib

Futbol
Messi və Ronaldunu üz-üzə gətirəcək oyunun biletləri bir neçə dəqiqəyə satılıb

Messi və Ronaldunu üz-üzə gətirəcək oyunun biletləri bir neçə dəqiqəyə satılıb

Futbol
DÇ-2022: Almaniya və İspaniya yığmalarının start heyətləri açıqlanıb

DÇ-2022: Almaniya və İspaniya yığmalarının start heyətləri açıqlanıb

Futbol
İspaniya millisində qalmaqal: 15 futbolçu yığmadan imtina edir

İspaniya millisində qalmaqal: 15 futbolçu yığmadan imtina edir

Futbol
AFFA “Sabah”ı cəzalandırıb

AFFA “Sabah”ı cəzalandırıb

Futbol
Elxan Məmmədov FIFA prezidenti ilə birlikdə Almaniyada səfərdə olub

Elxan Məmmədov FIFA prezidenti ilə birlikdə Almaniyada səfərdə olub

Futbol
Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirə yekun vurulub

Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirə yekun vurulub

Futbol
Ronaldunun Səudiyyə klubuna keçidi rəsmiləşib

Ronaldunun Səudiyyə klubuna keçidi rəsmiləşib

Futbol
"Qarabağ"ın kapitanı: "Bu qələbə əsgərlərimizin zəfərinin yanında dəyərsizdir"

"Qarabağ"ın kapitanı: "Bu qələbə əsgərlərimizin zəfərinin yanında dəyərsizdir"

Futbol
İngiltərə klubu "Real Madrid"in müdafiəçisini transfer etmək istəyir

İngiltərə klubu "Real Madrid"in müdafiəçisini transfer etmək istəyir

Futbol
Azərbaycan millisinin qapıçısı Qazaxıstan klubuna keçib

Azərbaycan millisinin qapıçısı Qazaxıstan klubuna keçib