Göygöldə yeniyetmə cüdoçular arasında Avropa Kubokunun püşkatma mərasimi keçirilib

Göygöldə yeniyetmə cüdoçular arasında Avropa Kubokunun püşkatma mərasimi keçirilib

Göygöldə yeniyetmə cüdoçular arasında təşkil olunacaq Avropa Kubokunun püşkatma mərasimi keçirilib.

"Report" xəbər verir ki, püşkatmada Azərbaycan Cüdo Federasiyasının idman direktoru Kamran Talıbov, Avropa Cüdo Birliyinin (ACB) idman komissarı Albert Qmayner və ACB-nin hakim-komissarı Nano Karvalyo iştirak ediblər.

K.Talıbov Azərbaycanın cüdo üzrə zəngin ənənələrə malik olduğunu, artıq ikinci ildir ki, Göygöldə Avropa Kubokunun keçirildiyini qeyd edib: “Sevinirik ki, yarış Avropa təqviminə daxil edilib və yeniyetmə idmançılar belə turnirdə öz bacarıqlarını artıra bilərlər”.

A.Qmayner turnirin təşkilini yüksək qiymətləndirərək, Azərbaycanın hər zaman böyük yarışlara ev sahibliyi etməklə məşhur olduğunu qeyd edib. O, həmçinin qeyd edib ki, hər il Bakıda keçirilən "Böyük Dəbilqə" yarışlarına aparıcı cüdoçular gəlir.

“Göygöldə yeni gələcək ulduzlar parlaya bilər”, - deyə o vurğulayıb.

N.Karvalyo qeyd edib ki, Azərbaycan cüdoçuları həmişə yüksək ustalıqları ilə seçiliblər. O, cüdoçuların maraqlı mübarizə aparacaqlarına əmin olduğunu bildirib. “Mən tatamidə çətin döyüşlər gözləyirəm. Bütün iştirakçılara uğurlar arzulayıram”.

Qeyd edək ki, mayın 4-5-də baş tutacaq turnirdə 14 ölkədən 323 cüdoçu iştirak edəcək. Oğlanlar arasında 209, qızlar arasında isə 114 idmançı mübarizə aparacaq. Avropa Kubokunda Fransa, Serbiya, Gürcüstan, Sloveniya, Yunanıstan, İtaliya, Özbəkistan, Qırğızıstan, Türkiyə, Ukrayna, Qazaxıstan, Lüksemburq idmançıları, eləcə də fərdi bitərəf idmançılar iştirak edəcəklər.

Azərbaycan milli komandasının heyətində 140 cüdoçu (95 oğlan və 45 qız) yer alıb. Cüdoçularımız ötən il 7 qızıl, 5 gümüş və 9 bürünc medal qazanaraq komanda hesabında birinci yeri tutublar.

Fərdi
Zabit Səmədov idmançı karyerasını qələbə ilə başa vurub

Zabit Səmədov idmançı karyerasını qələbə ilə başa vurub

Fərdi
Azərbaycan taekvondoçuları Niderland çempionatında iştirak edəcəklər

Azərbaycan taekvondoçuları Niderland çempionatında iştirak edəcəklər

Fərdi
“Vüqar Həşimov Memorialı-2022”: Rapid yarışlarına yekun vurulub

“Vüqar Həşimov Memorialı-2022”: Rapid yarışlarına yekun vurulub

Fərdi
Eldəniz Əzizli: "Təcrübə hesabına qalib gəldim"

Eldəniz Əzizli: "Təcrübə hesabına qalib gəldim"

Fərdi
Dünya Kuboku: Azərbaycan təmsilçisi ağrıkəsici ilə güləşib

Dünya Kuboku: Azərbaycan təmsilçisi ağrıkəsici ilə güləşib

Fərdi
Fərid Qayıbov: "İnsanların sağlamlığı üçün bu cür yarışları davam etdirəcəyik"

Fərid Qayıbov: "İnsanların sağlamlığı üçün bu cür yarışları davam etdirəcəyik"

Fərdi
MOK-un 30 illik yubiley tədbirinin vaxtı müəyyənləşib

MOK-un 30 illik yubiley tədbirinin vaxtı müəyyənləşib

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov finala yüksəlib

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov finala yüksəlib

Fərdi
Rəşad Rəsullu: "2022-ci ili Azərbaycan cüdosu üçün yaxşı qiymətləndiririk"

Rəşad Rəsullu: "2022-ci ili Azərbaycan cüdosu üçün yaxşı qiymətləndiririk"

Fərdi
Avropa üçüncüsü olan cüdo üzrə Azərbaycan yğması mükafatlandırılıb

Avropa üçüncüsü olan cüdo üzrə Azərbaycan yğması mükafatlandırılıb

Fərdi
"Grand Chess Tour": Şəhriyar Məmmədyarovun qazancı bəlli olub

"Grand Chess Tour": Şəhriyar Məmmədyarovun qazancı bəlli olub

Fərdi
“Birlikdə üzək” adlı üzgüçülük yarışının qalibləri mükafatlandırılıblar

“Birlikdə üzək” adlı üzgüçülük yarışının qalibləri mükafatlandırılıblar