Qız voleybolçuların muxtar respublika birinciliyində qalib məlum olub

Qız voleybolçuların muxtar respublika birinciliyində qalib məlum olub

Qız voleybolçuların muxtar respublika birinciliyində qalib məlum olub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Report"un yerli bürosuna verilən məlumata görə, İlham Əliyev adına Olimpiya İdman Kompleksində yeniyetmə qızlar arasında voleybol üzrə "Heydər Əliyev kuboku" uğrunda muxtar respublika turnirində bu gün keçirilən final matçı, bağlanış və mükafatlandırma mərasimləri ilə komandaların mübarizəsinə yekun vurulub. Muxtar respublikanın 100 illik yubileyi və ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş turnirin rəsmi bağlanış mərasimi Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb. Mərasimin bədii hissəsində ümummilli liderə, eləcə də Azərbaycana, Naxçıvana ithaf olunmuş ifalar dinlənilib, o cümlədən rəqqasların çıxışı izlənilib.

Mərasimin ardınca yarışda iştirak edən komandalar meydana dəvət olublar. Sonra "Naxçıvan" və "Sədərək" komandaları arasında həlledici görüş – final matçı keçirilib. Gərgin və maraqlı mübarizəyə səhnə olan qarşılaşmada sədərəkli voleybolçular 2:0 hesablı nəticə ilə turnirin qalibi olub. "Sədərək" komandası birinci yerin sahibi kimi yarışın əsas simvolu olan "Heydər Əliyev Kuboku"na layiq görülüb. "Naxçıvan" ikinci, ötən gün Culfanı məğlub edən "Kəngərli" isə üçüncü olub.

Mükafatlandırma mərasimində birinciliyin rəmzi komandasına daxil edilən voleybolçulara fərdi mükafatlar verilib, ilk üç yerin sahibi olan heyətlərə diplom, medallar və kuboklar təqdim edilib. Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifələrinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov, təhsil naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Elxan Nəcəfov, Naxçıvan Voleybol Federasiyasının prezidenti Vüqar Əliyev və digərləri təqdim ediblər.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil nazirlikləri və Naxçıvan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə mayın 6-dan 10-dək davam edən birincilikdə 8 komanda mübarizə aparıb.

Komanda
"ABU Arena"nın adı dəyişdirilir

"ABU Arena"nın adı dəyişdirilir

Komanda
Maykl Cordanın rekordu təkrarlanıb

Maykl Cordanın rekordu təkrarlanıb

Komanda
Azərbaycan Voleybol Federasiyası 5 əcnəbi mütəxəssislə danışıq aparır

Azərbaycan Voleybol Federasiyası 5 əcnəbi mütəxəssislə danışıq aparır

Komanda
Azərbaycanın həndbol yığması Portuqaliya ilə oyunlara hazırlaşır

Azərbaycanın həndbol yığması Portuqaliya ilə oyunlara hazırlaşır

Komanda
Qadın həndbolçular arasında Azərbaycan çempionatına start verilib

Qadın həndbolçular arasında Azərbaycan çempionatına start verilib

Komanda
CEV “Xarı bülbül Şuşa” klubu haqqında yazı dərc edib

CEV “Xarı bülbül Şuşa” klubu haqqında yazı dərc edib

Komanda
Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçirilib

Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçirilib

Komanda
Emin Əmrullayev cəzaçəkmə müəssisəsində olub

Emin Əmrullayev cəzaçəkmə müəssisəsində olub

Komanda
"Murov" Bakıya qələbə ilə qayıdır

"Murov" Bakıya qələbə ilə qayıdır

Komanda
Azərbaycanın voleybol millisinin məşqçisi Türkiyə klubuna keçib

Azərbaycanın voleybol millisinin məşqçisi Türkiyə klubuna keçib

Komanda
Voleybol üzrə dünya çempionatında bütün yarımfinalçılar bəlli olub

Voleybol üzrə dünya çempionatında bütün yarımfinalçılar bəlli olub

Komanda
Ayşən Abduləzimova: "AVRO-2023-ə vəsiqə qazandığımız üçün hər kəsi təbrik edirəm"

Ayşən Abduləzimova: "AVRO-2023-ə vəsiqə qazandığımız üçün hər kəsi təbrik edirəm"