İspaniyalı futbolçu: "Azərbaycanda ən böyük çətinliyim dillə bağlıdır"

İspaniyalı futbolçu: "Azərbaycanda ən böyük çətinliyim dillə bağlıdır"

"Sabah" klubunun ispaniyalı futbolçusu Con İrasabalın "QELEBE.AZ"a müsahibəsi

- Komandanın cari mövsümkü çıxışını necə dəyərləndirirsiniz?

- Düzgün yolda olduğumuzu düşünürəm. Belə davam etsək, mövsümün sonunda məqsədlərimizə çata bilərik. Lakin dəqiq fikir söyləmək üçün bir qədər tezdir.

- Çempionatda qarşınıza hansı məqsəd qoyulub?

- Məqsəd hər növbəti matçdan qələbə ilə ayrılmaq və mövsümü mümkün qədər yüksək pillədə bitirməkdir.

- Çempionluq yolunda "Qarabağ"ın əsas rəqiblərindən biri olduğunuzu düşünürsünüzmü?

- İlk dövrədən sonra “Qarabağ”ın çempionatın əsas favoriti olduğu ortadadır. Biz isə daha çox öz oyunumuz barədə düşünür, öz görüşlərimizə köklənirik. Mövsümün sonunda hansı nəticəyə imza atacağımızı birlikdə görəcəyik.

- Mövsümün əvvəlində "Sabah"a keçmisiniz. Çempionatın səviyyəsini necə görürsünüz?

- Azərbaycan çempionatında yaxşı rəqabət var. Məncə, komanda sayı artırılsa və süni meydançalar təbii ilə əvəz edilsə, Premyer Liqanın səviyyəsi bir qədər də artar.

- Azərbaycana uyğunlaşmaqla bağlı problem yaşamısınızmı?

- Ən böyük çətinlik dillə bağlıdır. Amma bəzi oyunçular ingilis və ispan dillərində danışa bilirlər. Bu da işimi bir qədər asanlaşdırır.

- Buraya gəlməmişdən əvvəl ölkə və ölkə futbolu haqqında məlumatınız var idi?

. Bəli, ümumi məlumatım var idi. Xüsusilə, “Qarabağ”ın Çempionlar Liqasında oynadığını bilirdim.

- Yəqin ki, "Qarabağ"ın 2017/2018 mövsümündə Çempionlar Liqasında "Atletiko" ilə heç-heçə etdiyi oyunları izləmisiniz...

- Düzü, həmin matçlara baxmamışam. Amma “Qarabağ”ın “Atletiko” ilə heç-heçə etməsi İspaniyada böyük əks-səda yaratmışdı.

- İspaniyada "Vitoria", "Mirandes" və digər komandalarda çıxış etmisiniz. Azərbaycan Premyer Liqası ilə ölkənizdəki futbolu müqayisə edə bilərsinizmi?

- Fərqlər çoxdur. Bu, daha çox komandaların oyun tərzi və taktika ilə bağlıdır. Bundan əlavə, İspaniyada liqalarda daha çox komanda mübarizə aparır. Bu da çempionatın geniş bölgəni əhatə etməsinə və daha maraqlı olmasına səbəb olur.

- Çempionatda "Qarabağ"la birlikdə ən az qol buraxan komandasınız. Arxa xətdə oynadığınızı nəzərə alsaq, burada müdafiəçilərin rolu nə qədərdir?

- Əlbəttə, komanda az qol buraxıbsa, müdafiəçilər daha çox ön plana çıxır. Lakin az qol buraxmağımızda bütün kollektivin əməyi var. Komanda yoldaşlarımızın köməyi nəticəsində rəqibə daha az imkanlar yaradırıq.

- XI turda səfərdə "Neftçi" ilə qarşılaşacaqsınız. Bu matç haqqında fikirləriniz nədir?

- Rəqabətli bir oyun olacaq. Hər iki komanda bir-birinə yaxın səviyyədədir. Buna görə, istənilən nəticə qeydə alına bilər. Əlimizdən gələni edəcəyik ki, qarşılaşmadan müsbət nəticə ilə ayrılaq.

Futbol
De Byazi: “3 təklifi rədd edib Azərbaycanda qaldım”

De Byazi: “3 təklifi rədd edib Azərbaycanda qaldım”

Futbol
Avropa Liqası: Həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

Avropa Liqası: Həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

Futbol
"Neftçi"nin sabiq prezidenti "Vilyarreal"ın oyununa təyinat alıb

"Neftçi"nin sabiq prezidenti "Vilyarreal"ın oyununa təyinat alıb

Futbol
Bundesliqa: "Borussiya” səfərdə "Ayntraxt"a qalib gəlib

Bundesliqa: "Borussiya” səfərdə "Ayntraxt"a qalib gəlib

Futbol
Nqolo Kante dünya çempionatını buraxa bilər

Nqolo Kante dünya çempionatını buraxa bilər

Futbol
"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyun vacibdir"

"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyun vacibdir"

Futbol
"Qarabağ" qapıçısı ilə imzaladığı yeni müqavilənin detallarını açıqlayıb

"Qarabağ" qapıçısı ilə imzaladığı yeni müqavilənin detallarını açıqlayıb

Futbol
Laurentsiu Regekampf: "Zirə"nin futbolçuları aqressiv və kobud oynayırdı"

Laurentsiu Regekampf: "Zirə"nin futbolçuları aqressiv və kobud oynayırdı"

Futbol
İnfantino: “Mundialda komanda sayı artırılacaq”

İnfantino: “Mundialda komanda sayı artırılacaq”

Futbol
Rusiya yığmasının yoldaşlıq oyunu ləğv edilib

Rusiya yığmasının yoldaşlıq oyunu ləğv edilib

Futbol
AVRO-2024: Azərbaycan millisinin ilk və sonuncu oyununun vaxtı bəlli olub

AVRO-2024: Azərbaycan millisinin ilk və sonuncu oyununun vaxtı bəlli olub

Futbol
Xorvatiyalı futbolçunun dopinq-testi müsbət çıxıb

Xorvatiyalı futbolçunun dopinq-testi müsbət çıxıb