"Xırdalan" basketbol klubunun baş məşqçisi: Məğlubiyyətin fərqli səbəbləri var idi

"Xırdalan" basketbol klubunun baş məşqçisi: Məğlubiyyətin fərqli səbəbləri var idi

Məğlubiyyətin fərqli səbəbləri var idi.

"Report"un məlumatına görə, bunu "Xırdalan" basketbol klubunun baş məşqçisi Uğur Özdemir "NTD-İndiqo" ilə matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Liqasında üçüncü yer uğrunda görüşdə məğlub olduqları görüş barədə danışıb: "İtkilərlə oyuna çıxacağımız öncədən bəlli idi. Rəqib də bunu bilərək bizə qarşı hazırlıq görmüşdü. Biz də bunu nəzərə alıb hazırlaşmışdıq. Amma alınmadı. Kənar atışlarımız uğursuz alındı, çox səhvlərimiz oldu. Bu da bizə məğlubiyyəti gətirdi. Rəqib oyunda ekstra 3 xallıq atışlardan xallar qazandı. Biz isə müdafiədə çox pis oynadıq. Təbii ki, məğlubiyyətin fərqli səbəbləri də var idi. Belə mərhələdə psixoloji olaraq da toparlanmaq çətin olur. Mövsümün sonunda həm zədələr, həm cəzalı oyunçular və fərqli dediyim səbəblər yaxşı nəticəyə imkan vermir. Parket üzərində olan oyunçularımdan da zədəli olanları var idi.Buna baxmayaraq oyunçularım əllərindən gələni etdilər, döyüşdülər. İrəli baxmaq lazımdı. Qarşıdakı oyunu qalib gəlib, daha sonra həlledici matçı da qələbə ilə başa vurub üçüncü yerin sahibi olacağıq".

Qeyd edək ki, üçüncü yer uğrunda baş tutan görüşdə "Xırdalan" "NTD-İndiqo" komandasına 79:95 hesabı ilə məğlub olub. Seriyanın ikinci matçı mayın 18-də baş tutacaq.

Komanda
Avropa çempionatı: Azərbaycanın voleybol yığmasının rəqibləri bu tarixdə bilinəcək

Avropa çempionatı: Azərbaycanın voleybol yığmasının rəqibləri bu tarixdə bilinəcək

Komanda
Azərbaycan çempionatının daha bir oyunu kütləvi xəstəliyə görə təxirə salınıb

Azərbaycan çempionatının daha bir oyunu kütləvi xəstəliyə görə təxirə salınıb

Komanda
Millinin keçmiş oyunçusu: “Barselona”ya qol vuran ilk azərbaycanlıyam”

Millinin keçmiş oyunçusu: “Barselona”ya qol vuran ilk azərbaycanlıyam”

Komanda
NBA tarixində tamaşaçı rekordu qeydə alınıb

NBA tarixində tamaşaçı rekordu qeydə alınıb

Komanda
Azərbaycan millisinin voleybolçusu İsrail klubuna keçib

Azərbaycan millisinin voleybolçusu İsrail klubuna keçib

Komanda
“Xarı Bülbül” Zəfər Günündə formalarını təqdim edib

“Xarı Bülbül” Zəfər Günündə formalarını təqdim edib

Komanda
“Murov”un Çağırış Kubokundakı növbəti rəqibinin adına aydınlıq gəlib

“Murov”un Çağırış Kubokundakı növbəti rəqibinin adına aydınlıq gəlib

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokunda Avstriya komandası ilə qarşılaşacaq

Azərbaycan təmsilçisi Çağırış Kubokunda Avstriya komandası ilə qarşılaşacaq

Komanda
CEV “Xarı bülbül Şuşa” klubu haqqında yazı dərc edib

CEV “Xarı bülbül Şuşa” klubu haqqında yazı dərc edib

Komanda
Həndbol üzrə Avropa çempionatının təsnifat turniri Bakıda keçiriləcək

Həndbol üzrə Avropa çempionatının təsnifat turniri Bakıda keçiriləcək

Komanda
Atıcılıq üzrə “Zəfər Kuboku” başlayıb

Atıcılıq üzrə “Zəfər Kuboku” başlayıb

Komanda
Azərbaycanın voleybol millisinin məşqçisi Türkiyə klubuna keçib

Azərbaycanın voleybol millisinin məşqçisi Türkiyə klubuna keçib