Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda pley-off matçında uduzub
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi "Kocaelispor" komandası Türkiyə Superliqasına vəsiqə uğrunda pley-off matçına çıxıb.
"Report"un məlumatına görə, "Çorum" səfərinə yollanan Kocaeli təmsilçisi 1:2 hesabı ilə məğlub olub.
Qarşılaşmaya start heyətində başlayan R.Şeydayev 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, bu gün digər azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" komandası pley-offda "Bodrumspor"a uduzub - 0:2.

https://mail.qalaba.az//uploads/photo/ramil-sheydayevin-komandasi-turkiye-superliqasina-vesiqe-ugrunda-pley-off-matchinda-uduzub.webp











