AVRO-2026: Azərbaycan futzal millisinin səbəti müəyyənləşib

AVRO-2026: Azərbaycan futzal millisinin səbəti müəyyənləşib

Azərbaycan futzal millsinin AVRO-2026-dakı səbəti müəyyənləşib

“QELEBE.AZ” Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, final mərhələsi 2026-cı ildə Latviyanın Kaunas və Litvanın Riqa şəhərlərində təşkil olunacaq Avropa çempionatının püşkatma mərasimində millimiz III səbətdə yer alcaq.

Reytinq cədvəlinin 16-cı pilləsində qərarlaşan Azərbaycan millisi qrupunun ikinci komandası olacaq. III səbətdə yer alan komanlar qrup mərhələsində millimizin rəqibi olmayacaqlar.

I səbət (qrupunun 4-cüsü)

Albaniya, Norveç, Yunanıstan, Türkiyə, Kipr, İsveçrə, Bolqarıstan, Andorra, Malta, Avstriya

II səbət (qrupunun 3-cüsü)

Belarus, Moldova, Belçika, Şimali Makedoniya, Almaniya, İsveç, Monteneqro, Kosovo, İngiltərə, Danimarka

III səbət (qrupunun 2-cisi)

Niderland, İtaliya, Çexiya, Rumıniya, Azərbaycan, Gürcüstan, Slovakiya, Macarıstan, Ermənistan, Bosniya və Herseqovina

IV səbət (qrupunun 1-cisi)

Portuqaliya (son qalib), İspaniya, Qazaxıstan, Ukrayna, Xorvatiya, Finlandiya, Fransa, Polşa, Sloveniya, Serbiya

Qeyd: UEFA İcraiyyə Komitəsinin qərarı ilə bu komandalar eyni qrupda yer ala bilməzlər:

Belarus və Ukrayna, Kosovo və Bosniya və Herseqovina, Kosovo və Serbiya

AVRO-2026-nın oyun günləri:

Əsas mərhələ: 9-18 dekabr 2024, 27 yanvar – 5 fevral 2025, 3-12 mart 2025, 7-16 aprel 2025.

Pley-off / püşkatma: 15 may 2025

Pley-off / oyunlar: 15-24 sentyabr 2025

Final mərhələsi (Latviya və Litva): 18 yanvar – 8 fevral 2026

Qeyd edək ki, püşkatma mərasimi mayın 30-da keçiriləcək. 40 komanda (6 milli – Andorra, Avstriya, Bolqarıstan, Kipr, Malta və İsveçrə ilkin mərhələdən vəsiqə qazanıb) hər birində 4 iştirakçı olmaqla 10 qrupa bölünəcək. Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. Qrup qalibləri birbaşa, ən yaxşı göstəriciyə malik 8 qrup ikincisi isə pley-off (ev-səfər) oyunlarında üz-üzə gələcək. İki oyunun yekununda üstün olan tərəf həlledici mərhələdə oynamaq hüququ əldə edəcək. Final mərhələsində bu iştirakçılara meydan sahibləri – Latviya və Litva da qoşulacaq və 16 milli Avropa çempionu olmaq uğrunda mübarizəyə başlayacaq. Artıq komandalar UEFA-nın reytinq cədvəlindəki yerlərinə uyğun olaraq səbətlərə bölünüb.

Futbol
Sadio Mane dünya çempionatında iştirak etməyəcək

Sadio Mane dünya çempionatında iştirak etməyəcək

Futbol
Azərbaycan Premyer Liqası: "Neftçi" ili qələbə ilə başa vurub

Azərbaycan Premyer Liqası: "Neftçi" ili qələbə ilə başa vurub

Futbol
UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib, Türkiyə irəliləyib, Ermənistan geriləyib

UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib, Türkiyə irəliləyib, Ermənistan geriləyib

Futbol
DÇ-2022: Brazilya Serbiyanı məğlub edib

DÇ-2022: Brazilya Serbiyanı məğlub edib

Futbol
Yaponiya millisinin sabiq futbolçusu 32 yaşında vəfat edib

Yaponiya millisinin sabiq futbolçusu 32 yaşında vəfat edib

Futbol
Səudiyyə Ərəbistanı millisinin qapıçısı komanda yoldaşına ciddi xəsarət yetirib

Səudiyyə Ərəbistanı millisinin qapıçısı komanda yoldaşına ciddi xəsarət yetirib

Futbol
"Real Madrid" Ançelotti ilə müqaviləni uzadır

"Real Madrid" Ançelotti ilə müqaviləni uzadır

Futbol
“Real Madrid” və PSJ-nin keçmiş futbolçusu “Sabah”a keçməyə yaxındır

“Real Madrid” və PSJ-nin keçmiş futbolçusu “Sabah”a keçməyə yaxındır

Futbol
"Neftçi" "Turan Tovuz"la oyunda xal itirib

"Neftçi" "Turan Tovuz"la oyunda xal itirib

Futbol
"Qarabağ"ın Avropa Liqasındakı iki rəqibi çempionatda heç-heçə edib

"Qarabağ"ın Avropa Liqasındakı iki rəqibi çempionatda heç-heçə edib

Futbol
Azərbaycan millisinin baş məşqçisi: "İkinci hissədə gücümüz çatmadı"

Azərbaycan millisinin baş məşqçisi: "İkinci hissədə gücümüz çatmadı"

Futbol
Qurban Qurbanov: "Çox intizamlı komandaya qarşı oynayacağıq"

Qurban Qurbanov: "Çox intizamlı komandaya qarşı oynayacağıq"