"Aznur" minifutbol klubunun rəhbəri: Heyətə güclü oyunçular cəlb edəcəyik

"Aznur" minifutbol klubunun rəhbəri: Heyətə güclü oyunçular cəlb edəcəyik

Heyətə güclü oyunçular cəlb edəcəyik.

Bunu “Report”a açıqlamasında minifutbol üzrə Azərbaycan çempionatının gümüş medalçısı “Aznur” klubunun rəhbəri Nuri Fətiyev bildirib.

Komandasının həm əsas qapıçısı, həm də kapitanı olan N.Fətiyev finalda “Birbaşa Bakı”ya məğlubiyyətin səbəbini izah edib: “Finalda qələbə qazanan komanda biz olmalı idik. Mən zədələnib əməliyyat olunmuşdum. Bu üzdən finalda ikinci qapıçımız oynadı. Hesabda 1:0 öndə olarkən o da ayağından ağır zədə aldı. İndiyə qədər normal gəzə bilmir. Belədə qapıçının yerinə oyunçu daxil oldu, 3 qol buraxdı və uduzduq. Oyun baxımından “Birbaşa Bakı”dan heç də geri qalmadıq. Təəssüflər olsun ki, qələbə qazana bilmədik. Hakimlərdən çox narazı qaldım. Xırda follarla oyunu sındırırdılar. Amma ümumilikdə ciddi səhvləri olmadı”.

O, sentyabrda çıxış edəcəkləri Çempionlar Liqasına qədər komandada dəyişikliklər olacağını vurğulayıb: “Sentyabrın 5-dən 9-na qədər Çempionlar Liqasında iştirak edəcəyik. Yarış Polşanın paytaxtı Varşavada keçiriləcək. Hər qrupda 4 komanda olacaq. Qruplarda ilk iki yeri tutacaq komandalar pley-offa yüksələcəklər. Əlbəttə, heyətdə dəyişikliklər olacaq. Güclü oyunçular cəlb edəcəyik. İnşallah, Çempionlar Liqasında layiqincə mübarizə apararıq. Çətin olacaq, amma öz komandama, nəticə qazanacağımıza inanıram”.

Qeyd edək ki, "Aznur" minifutbol üzrə Azərbaycan çempionatının final matçında “Birbaşa Bakı” klubuna 2:5 hesabı ilə uduzub.

Futbol
İtaliya DÇ-2022-də Tunisi əvəz edə bilər

İtaliya DÇ-2022-də Tunisi əvəz edə bilər

Futbol
İlin futbolçusu adına namizədlər açıqlanıb

İlin futbolçusu adına namizədlər açıqlanıb

Futbol
DÇ-2022: Uels - İran oyununda ikinci hissə başlayıb

DÇ-2022: Uels - İran oyununda ikinci hissə başlayıb

Futbol
Tomas Tuxel "Çelsi"dən istefaya göndərilib

Tomas Tuxel "Çelsi"dən istefaya göndərilib

Futbol
Konfrans Liqası: Türkiyəli futbolçu həftənin ən yaxşısı adına namizəd olub

Konfrans Liqası: Türkiyəli futbolçu həftənin ən yaxşısı adına namizəd olub

Futbol
"Kəpəz" Antalyadakı ilk yoxlama oyununda qələbə qazanıb

"Kəpəz" Antalyadakı ilk yoxlama oyununda qələbə qazanıb

Futbol
"Qəbələ"nin baş məşqçisi: "Uduzduğumuz oyundan sonra dönüş yaratmaq istəyirdik"

"Qəbələ"nin baş məşqçisi: "Uduzduğumuz oyundan sonra dönüş yaratmaq istəyirdik"

Futbol
Avropa Liqası: "Qarabağ"ın hücumçusu 1-ci olub, müdafiəçisi "5-lik"də yer alıb

Avropa Liqası: "Qarabağ"ın hücumçusu 1-ci olub, müdafiəçisi "5-lik"də yer alıb

Futbol
Azərbaycan Premyer Liqasında son mövsümün azarkeş rekordu qeydə alınıb

Azərbaycan Premyer Liqasında son mövsümün azarkeş rekordu qeydə alınıb

Futbol
Türkiyədə 17 yaşlı futbolçu milliyə dəvət alıb

Türkiyədə 17 yaşlı futbolçu milliyə dəvət alıb

Futbol
Almaniyanın məşhur nəşri "Qarabağ"ın oyununa xüsusi yer ayırıb

Almaniyanın məşhur nəşri "Qarabağ"ın oyununa xüsusi yer ayırıb

Futbol
Gəncə İdman Sarayında tikinti işləri sürətlə davam edir

Gəncə İdman Sarayında tikinti işləri sürətlə davam edir