ASAPES-də İsrailli professorun seminarı başlayıb

ASAPES-də İsrailli professorun seminarı başlayıb

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və idman Akademiyasında (ASAPES) idman psixologiyasının öyrənilməsi, bu sahədə elmi potensialın inkişafı, idmançıların psixoloji hazırlığının artırılması və psixoloji reabilitasiyanın tətbiqi məqsədilə mütəmadi olaraq həm akademik, həm də metodik potensialın gücləndirilməsi istiqamətində işlər davam etdirilir.

Bu barədə "Report"a Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Bildirib ki, idman psixologiyasının dərindən öyrənilməsi və tədqiq edilməsi isə bu sahədə köklü inkişafa və bacarıqlı kadrların hazırlanmasına təkan verəcək.

"Bu baxımdan ASAPES-də bakalavr və magistratura təhsil səviyyəsinin "Bədən tərbiyəsi və idmanda reabilitasiya" və “İdman tibbi və reabilitasiya” ixtisasları üzrə təhsil alan tələbələrin idman psixologiyası sahəsində biliklərinin təkmilləşdirilməsi və metodik bacarıqlarının inkişaf etdirilməsi məqsədilə İsrailin “Ariel” Universitetinin Səhiyyə İdarəetmə Departamentinin professoru, Mental Sağlamlıq Mərkəzinin direktoru Anatoliy Kreininin ölkəyə səfəri çərçivəsində “Posttravmatik stres pozuntusu bio-psixi-sosial problem kimi” mövzusunda seminarı başlayıb".

2 gün davam edəcək seminarda həmçinin Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Fövqəladə Hallar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tibb mütəxəssisləri də iştirak edir.

Fərdi
Göygöldə region cüdoçuları üçün təlim-məşq toplanışı təşkil edilib

Göygöldə region cüdoçuları üçün təlim-məşq toplanışı təşkil edilib

Fərdi
Azərbaycanın cüdo üzrə Avropa çempionu: “Hədəfim qızıl medal qazanmaq idi”

Azərbaycanın cüdo üzrə Avropa çempionu: “Hədəfim qızıl medal qazanmaq idi”

Fərdi
Azərbaycan yığmasının baş məşqçisi Göygöl toplanışını dəyərləndirib

Azərbaycan yığmasının baş məşqçisi Göygöl toplanışını dəyərləndirib

Fərdi
Avropa Olimpiya Komitəsinin prezidenti Bakıya gələcək

Avropa Olimpiya Komitəsinin prezidenti Bakıya gələcək

Fərdi
Azərbaycanın MMA döyüşçüsü Almaniyada növbəti qələbə qazanıb

Azərbaycanın MMA döyüşçüsü Almaniyada növbəti qələbə qazanıb

Fərdi
Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçularının adları açıqlanıb

Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçularının adları açıqlanıb

Fərdi
UWW reytinqi: Azərbaycanın 4 güləşçisi ili ilk pillədə başa vurub

UWW reytinqi: Azərbaycanın 4 güləşçisi ili ilk pillədə başa vurub

Fərdi
Braziliyalı əfsanəvi boksçu vəfat edib

Braziliyalı əfsanəvi boksçu vəfat edib

Fərdi
"Champions Chess Tour": Şəhriyar Məmmədyarov ABŞ şahmatçısına uduzub

"Champions Chess Tour": Şəhriyar Məmmədyarov ABŞ şahmatçısına uduzub

Fərdi
Azərbaycanın 3 cüdoçusu Bakıda Böyük Dəbilqədə yarımfinala yüksəlib

Azərbaycanın 3 cüdoçusu Bakıda Böyük Dəbilqədə yarımfinala yüksəlib

Fərdi
“Vüqar Həşimov Memorialı-2022”: Şəhriyar Məmmədyarov ilk qələbəsini qazanıb

“Vüqar Həşimov Memorialı-2022”: Şəhriyar Məmmədyarov ilk qələbəsini qazanıb

Fərdi
Azərbaycanın veteran cüdoçuları Dünya çempionatının 2-ci günündə 7 medal qazanıb

Azərbaycanın veteran cüdoçuları Dünya çempionatının 2-ci günündə 7 medal qazanıb