ABŞ-də Azərbaycan futbolçusunun xatirəsinə həsr olunan turnir keçirilib

ABŞ-də Azərbaycan futbolçusunun xatirəsinə həsr olunan turnir keçirilib

ABŞ-nin Nyu-York şəhərində əfsanəvi Azərbaycan futbolçusu və məşqçisi Anatoli Banişevskinin xatirəsinə həsr olunan ənənəvi turnir keçirilib.

"QELEBE.AZ"un ABŞ bürosu xəbər verir ki, yarış futbolçunun yetirməsi və dostu, Nyu-Yorkda fəaliyyət göstərən veteran futbolçu, SSRİ idman ustası Arif Zərbailovun təşəbbüsü, Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyası, Nyu-York İdman Veteranları Assosiasiyası, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi və "My Way" Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzininin birgə təşkilatçılığı ilə baş tutub.

Turnirdə fəxri qonaq qismində çıxış edən ABŞ-də fəaliyyət göstərən azərbaycanlı idmançı, qaydasız döyüş növü (MMA) üzrə Avropa, Amerika və dünya çempionu Elgün Xanoğlanlı Banişevskinin uğurlu karyerası barədə danışıb, qonaqlara onun Azərbaycan futbolununa töhfələri haqqında məlumat verib. E.Xanoğlanlı qeyd edib ki, təmsil etdiyi təşkilat Azərbaycan idmanının və dünyaca məşhur idmançılarının ABŞ-də tanıdılması üçün səylərini davam etdirir.

Turnirin fəxri qonaqları arasında Azərbaycanın veteran futbolçusu, “Nefçi” komandasının qapıçılarından olmuş Əsəd Əliyev də olub.

Oyundan öncə ABŞ və Azərbaycanın Dövlət himnləri səslənib.

Bu il onuncu dəfə keçirilən turnirin final mərhələsində ABŞ-də yaşayan, SSRİ-nin müxtəlif icmalarının nümayəndələrindən təşkil olunan "Neftçi", "Dinamo" (Tbilisi), "Alqa" (Bişkek), "Pamir" (Düşənbə), "Dnepr" və Nyu-Yorkun "Kosmos" komandaları mübarizə aparıblar.

Turnirdə ümumilikdə 12 komanda iştirak edib və finalda "Bridgeview Soccer Academy" və "My Way" qarşılaşıb. Həlledici oyunda "Bridgeview Soccer Academy" qalib gəlib.

Böyüklər arasında keçirilən və peşəkar futbolçuların iştirak etdiyi turnirdə 6 komanda yarışıb, onlardan üçü - "Neftçi", "Dinamo" (Tbilisi) və Nyu-Yorkun "Kosmos" komandaları finala çıxıb. Sonda "Dinamo" turnirin qalibi olub. Ötənilki yarışın çempionu olan "Neftçi" komandası isə bu dəfə üçüncü yerlə kifayətlənib.

Turnirin sonunda qalib gələn komandalar kubokla təltif olunublar. Yarış iştirakçılarına xatirə medalları da təqdim olunub.

Futbol
Avropa Liqa: “Qarabağ” “Frayburq”a məğlub olub - FOTOLENT

Avropa Liqa: “Qarabağ” “Frayburq”a məğlub olub - FOTOLENT

Futbol
Qurban Qurbanov: "Bu matçın mənim üçün faydası daha çox olacaq"

Qurban Qurbanov: "Bu matçın mənim üçün faydası daha çox olacaq"

Futbol
Taleyi öz əlində olan “Qarabağ”: Uğursuz seriyaya son qoyulacaqmı? – ŞƏRH

Taleyi öz əlində olan “Qarabağ”: Uğursuz seriyaya son qoyulacaqmı? – ŞƏRH

Futbol
“Qarabağ” "Neftçi"ni öz meydanında darmadağın edib

“Qarabağ” "Neftçi"ni öz meydanında darmadağın edib

Futbol
"Qarabağ"ın sabiq futbolçusu: "Mən nə Messi, nə də Ronalduyam"

"Qarabağ"ın sabiq futbolçusu: "Mən nə Messi, nə də Ronalduyam"

Futbol
"Qarabağ"ın legioneri: "Marselo məni az da olsa tanıyır"

"Qarabağ"ın legioneri: "Marselo məni az da olsa tanıyır"

Futbol
Rəşad Sadıqov: "Hakimlərin mənə sarı vərəqə verməkdən xoşu gəlir"

Rəşad Sadıqov: "Hakimlərin mənə sarı vərəqə verməkdən xoşu gəlir"

Futbol
XXI əsrin üçüncü onilliyinin bombardirləri açıqlanıb

XXI əsrin üçüncü onilliyinin bombardirləri açıqlanıb

Futbol
UEFA "Qəbələ" klubuna ödəniş edib

UEFA "Qəbələ" klubuna ödəniş edib

Futbol
"Vilyarreal" klubunun yeni baş məşqçisi bəlli olub

"Vilyarreal" klubunun yeni baş məşqçisi bəlli olub

Futbol
“Real Madrid” mövsümün ilk El-Klasikosunda “Barselona”ya qalib gəlib

“Real Madrid” mövsümün ilk El-Klasikosunda “Barselona”ya qalib gəlib

Futbol
Elxan Məmmədova Xorvatiya millisinin forması hədiyyə olunub

Elxan Məmmədova Xorvatiya millisinin forması hədiyyə olunub