Hidayət Heydərov: Növbəti hədəfimiz Paris-2024 Yay Olimpiya Oyunlarında uğur qazanmaqdır

Hidayət Heydərov: Növbəti hədəfimiz Paris-2024 Yay Olimpiya Oyunlarında uğur qazanmaqdır

Növbəti hədəfimiz Paris-2024 Yay Olimpiya Oyunlarında uğur qazanmaqdır.

“QELEBE.AZ” xəbər verir ki, bunu BƏƏ-də keçirilən cüdo üzrə dünya çempionatının qalibi Hidayət Heydərov Heydər Əliyev Beynəlxalq Aeroportunda onu qarşılayan jurnalistlərə söyləyib.

“Bütün Azərbaycan xalqının dəstəyini gördüm. Bu gün həmçinin birinci vitse-prezident Mehriban Əliyevanın paylaşımını da gördüm, çox sağ olsun. Bu yolda mənə kömək olan Gənclər və İdman Nazirliyi, başda Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli olmaqla Cüdo Federasiyasına təşəkkürümü bildirirəm”, – o deyib.

O, növbəti hədəfinin Paris-2024 Yay Olimpiya Oyunlarında uğur qazanmaq olduğunu söyləyib.

“Növbəti hədəfimiz iyulda keçiriləcək Paris-2024 Olimpiadasıdır. Ora hazırlaşacağıq”, – idmançı bildirib. Heydərov Yay Olimpiya Oyunlarında qızıl medal qazana biləcəyinə inandığını vurğulayıb: “Əlbəttə, həmin medaldan olacaq, qızıl medal götürəcəyik. Sadəcə səbirli olmalıyıq, bu yarışmaya necə hazırlaşmışdıqsa, eyni qaydada olimpiadaya da hazırlaşmaq lazımdır”.

Cüdoçu jurnalistlərə açıqlamasında final görüşündən də bəhs edib:

“Final görüşünə ancaq qələbəyə çıxmışdım. Finalda qələbəni heç vaxt əldən verməzdim. Üstəlik dünya çempionatının finalını ümumiyyətlə əldən verməzdim. Çox motivasiyalı idim. Vazari yıxılmağıma baxmayaraq, bunu tez unutdum. Ayağa qalxıb onu udmağa kökləndim və belə də oldu: ippon atdım və qalib gəldim”.

Xatırladaq ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatının qalibi Hidayət Heydərov vətənə qayıdıb. Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur. Mayın 20-də Hidayət Heydərov (73 kq) dünya çempionu olub.

Fərdi
Azərbaycan cüdoçularının Olimpiya Dünya Reytinqindəki mövqeləri bəlli olub

Azərbaycan cüdoçularının Olimpiya Dünya Reytinqindəki mövqeləri bəlli olub

Fərdi
Azərbaycanın daha bir cüdo hakiminin kateqoriyası yüksəlib

Azərbaycanın daha bir cüdo hakiminin kateqoriyası yüksəlib

Fərdi
Azərbaycan güləşçisi dünya çempionatında finala çıxıb

Azərbaycan güləşçisi dünya çempionatında finala çıxıb

Fərdi
MOK rəsmisi: "Azad edilmiş ərazilərdə mütləq idman infrastrukturu da olacaq"

MOK rəsmisi: "Azad edilmiş ərazilərdə mütləq idman infrastrukturu da olacaq"

Fərdi
Böyük Dəbilqə: Rəşad Nəbiyev qalibləri mükafatlandırıb - YENİLƏNİB-4

Böyük Dəbilqə: Rəşad Nəbiyev qalibləri mükafatlandırıb - YENİLƏNİB-4

Fərdi
Bakıda çövkən üzrə Prezident Kuboku keçiriləcək

Bakıda çövkən üzrə Prezident Kuboku keçiriləcək

Fərdi
Fərid Qayıbov: “Müəyyən nöqsanlar var idi ki, buna yol verənlər işdən azad olundular”

Fərid Qayıbov: “Müəyyən nöqsanlar var idi ki, buna yol verənlər işdən azad olundular”

Fərdi
Tatarıstanın idman naziri ASAPES-in qonağı olub

Tatarıstanın idman naziri ASAPES-in qonağı olub

Fərdi
Böyük Dəbilqə: Azərbaycan cüdoçuları ilk gündə 3 medal qazanıb - YENİLƏNİB-5

Böyük Dəbilqə: Azərbaycan cüdoçuları ilk gündə 3 medal qazanıb - YENİLƏNİB-5

Fərdi
Gövhər Beydullayeva: “Bir tur əvvəldən çempion olacağımı hiss etmişdim”

Gövhər Beydullayeva: “Bir tur əvvəldən çempion olacağımı hiss etmişdim”

Fərdi
Meksikalı boksçu döyüşdə aldığı xəsarətə görə bir ildən sonra vəfat edib

Meksikalı boksçu döyüşdə aldığı xəsarətə görə bir ildən sonra vəfat edib

Fərdi
Azərbaycanın 3 cüdoçusu Bakıdakı Böyük Dəbilqədə medal görüşünə çıxacaq

Azərbaycanın 3 cüdoçusu Bakıdakı Böyük Dəbilqədə medal görüşünə çıxacaq