I Liqa klubu Azərbaycan millisinin sabiq baş məşqçisi ilə vidalaşmağı düşünür

I Liqa klubu Azərbaycan millisinin sabiq baş məşqçisi ilə vidalaşmağı düşünür

Azərbaycanın futbol üzrə I Liqasında çıxış edən “İmişli” klubu baş məşqçisi, vaxtilə əsas yığmamızı da çalışdırmış Əsgər Abdullayevlə vidalaşmağı düşünür.

Bunu “QELEBE.AZ”a açıqlamasında klubun icraçı direktoru Aqşin Mürsəlov deyib.

Cari mövsümü dördüncü pillədə başa vuran bölgə təmsilçisinin rəsmisi qarşıdakı planlardan danışıb və hədəflərinin dəyişmədiyini deyib: “Hədəfimiz Premyer Liqadır və bu hələ də qüvvədədir. Bu il alınmadı. Əlbəttə, AFFA İcraiyyə Komitəsinin qərarı haqlı idi. Sadəcə, biz gec başa düşdük. Klubda infrastruktur yaratmaq vacibdir. Biz bu cəhətdən çətinlik çəkdik, əsasən də stadionun ot örtüyünü istədiyimiz formada düzəldə bilmədik. Meydanın ot örtüyü təbii olsa da, çox keyfiyyətsizdir. Zamanımızı gözləyirik. İmişlidə uzun müddətdən sonra komanda yaratdıq. Nəticə zəif olsa da, futbolçularımızın bəziləri I və II Liqada oynadılar. Mütləq hədəf Premyer Liqada oynamaq deyil. Uşaq futboluna diqqət yetiririk. Düzdür, MOİK ilə son turun matçında komandadan qələbə gözləyirdik. Ən azı bürünc medal qazanmağa çalışırdıq, alınmadı. Sponsorumuz Kamran Eyyubov həm də klubun İdarə Heyətinin sədridir. Komandaya, məşqçilərə təşəkkür etdik. I Liqa çox gərgin keçdi. “Karvan”la oyun bizdə "qırılma nöqtəsi" oldu. Uşaqlarda ruh düşkünlüyü yarandığını hiss etdik. Çünki çempionluğa köklənmişdik. Elə “Araz Saatlı” və MOİK ilə matça da həvəssiz çıxdılar. Növbəti mövsüm üçün yaxşı komanda formalaşdırmaq niyyətindəyik”.

Klub rəsmisi büdcənin azaldılıb-azaldılmayacağı ilə bağlı sualı da cavablandırıb: “Xeyli maliyyə vəsaiti ayırmışdıq. Amma hədəflərimizə çata bilmədik. Büdcə ilə bağlı hələ ki, qəti qərara gəlməmişik. Əsas hədəfimizi müəyyənləşdirmişik, infrastrukturu düzəltməliyik. Bu, vacibdir. Məsələn, “Qaradağ Lökbatan” çempion olsaydı belə, Premyer Liqayaya çıxıb-çıxmayacağı sual altında olacaqdı. Bu bizim üçün siqnal oldu. Lisenziya tələblərinə cavab verəcək stadionu təmin etməliyik. Daha sonra nəticə haqqında düşünəcəyik. İnfrastruktur üçün ciddi vəsait tələb olunur. Cari mövsümdə maliyyə vəsaitinin əsas hissəsini komandaya ayırdıq. İndi isə infrastrukturla bağlı ciddi işlər görmək istəyirik”.

A.Mürsəlov AFFA-nın vəsaiti hesabına stadionun ot örtüyünü dəyişdirməyi düşündüklərini bildirib: “Təbii örtüyü yeniləməyi düşünürük. Süni örtüklü meydanımız var. AFFA-nın dəstəyi ilə onu da bərpa etmək istəyirik. Çünki 20 il əvvəl qurulub və artıq istifadə müddəti bitib”.

İcraçı direktor komandanın baş məşqçisi Əsgər Abdullayevin postunda qalıb-qalmayacağına da toxunub: “Əslində bu, sual altındadır. Hədəfimiz Premyer Liqa idi. Əsgər Abdullayevin həm futbolçu seçimi, həm də digər istəklərini təmin etməyə çalışdıq. İdarə Heyəti ilə Əsgər müəllim arasıda hesabat xarakterli görüş olacaq. Onunla müqaviləmizin müddəti bitib. Hədəflərimizə, planlarımıza uyğun məşqçi seçmək istəyirik. Əsgər müəllim istəklərimizi qəbul edə və reallaşdıra biləcəksə, müqavilə müddətini uzadacağıq. İnsan kimi çox yaxşıdır, şəxsən ona böyük hörmətim var. Məşqçi kimi bizi tam qane etməsə də, nəticə pis deyil. Ondan daha artığını istəyirdik. Hakimlərlə bağlı da müəyyən narazılıqlarımız oldu. Hər nüansı diqqətə almaq lazımdır. Əsgər müəllimin məşqləri pis deyildi, komandanı ələ almağı bacarırdı. Sadəcə, nəticə bizi qane etmədi”.

Qeyd edək ki, "İmişli" klubu I Liqanı 47 xalla 10 komanda arasında dördüncü pillədə başa vurub.

Futbol
Mahir Emreli: "Səhvlərimizi təhlil etməliyik"

Mahir Emreli: "Səhvlərimizi təhlil etməliyik"

Futbol
Messi Pelenin rekordunu təkrarlayıb

Messi Pelenin rekordunu təkrarlayıb

Futbol
Azərbaycanın U-19 millisi seçmə mərhələdə Niderlanda rəqib olub

Azərbaycanın U-19 millisi seçmə mərhələdə Niderlanda rəqib olub

Futbol
Lionel Messi PSJ ilə yeni müqavilə imzalamağa yaxındır

Lionel Messi PSJ ilə yeni müqavilə imzalamağa yaxındır

Futbol
Avropa Liqası: "Qarabağ"ın müdafiəçisi ilk "5-lik"də yer alıb

Avropa Liqası: "Qarabağ"ın müdafiəçisi ilk "5-lik"də yer alıb

Futbol
"Qəbələ"nin oyununda əlbəyaxa dava düşüb

"Qəbələ"nin oyununda əlbəyaxa dava düşüb

Futbol
"Çelsi" Fransa millisinin yarımmüdafiəçisi ilə anlaşıb

"Çelsi" Fransa millisinin yarımmüdafiəçisi ilə anlaşıb

Futbol
"Qarabağ"ın futbolçusu: "Bir xal da pis nəticə deyil"

"Qarabağ"ın futbolçusu: "Bir xal da pis nəticə deyil"

Futbol
Azərbaycan komandası Çempionlar Liqasında qələbə qazanaraq qrup liderinə çevrilib

Azərbaycan komandası Çempionlar Liqasında qələbə qazanaraq qrup liderinə çevrilib

Futbol
Lionel Messinin atası Devid Bekhemin klubu ilə danışıq aparır

Lionel Messinin atası Devid Bekhemin klubu ilə danışıq aparır

Futbol
Avstriya millisinin futbolçusu "Bavariya" ilə müqavilə imzalayacaq

Avstriya millisinin futbolçusu "Bavariya" ilə müqavilə imzalayacaq

Futbol
Konfrans Liqası: Beş komanda pley-offa vəsiqə qazana bilər

Konfrans Liqası: Beş komanda pley-offa vəsiqə qazana bilər