Azərbaycanın dünya çempionu: Olimpiadada fəxri kürsüdə yer almaq üçün əlimdən gələni edəcəyəm

Azərbaycanın dünya çempionu: Olimpiadada fəxri kürsüdə yer almaq üçün əlimdən gələni edəcəyəm

Olimpiadada fəxri kürsüdə yer almaq üçün əlimdən gələni edəcəyəm.

"Report"un məlumatına görə, bunu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatının qalibi olan Azərbaycan cüdoçusu Zelim Kotsoyev Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.

100 kq çəki dərəcəsində mübarizə aparan idmançı Azərbaycan üçün qızıl medal qazandığına görə çox şad olduğunu bildirib: "Ötən il Avropa çempionatının qalibi olmuşdum. Bu dəfə mundialda bayrağımızın dalğalandırılmasına və himnimizin səsləndirilməsinə nail oldum. 2016-cı ildən Azərbaycandayam. Ölkənin bayrağını beynəlxalq arenalarda dalğalandırmaq üçün əlimdən gələni edirəm. Olimpiadada da fəxri kürsüdə yer almaq üçün əlimdən gələni edəcəyəm".

"Emosiyalara gəlincə, sözün düzü, bir qədər inanılmazdır. Amma mən çox xoşbəxtəm. Həmişə dünya çempionu olmaq arzusu ilə yaşamışam. Mundialda iki dəfə üçüncü yeri tutmuşdum. Şəxsi məşqçim Elxan Məmmədov bu turnirə kimi Azərbaycanın yeganə dünya çempionu idi. O, həmişə mənə deyirdi ki, sən də bunu bacara bilərsən, məşqlərə ciddi yanaş, rejimə əməl et. Qızıl medal qazanandan sonra yanıma gəldi və "gördün, sən bunu bacardın" dedi. O, mənə çox motivasiya verirdi. O, mənə Birinci vitse-prezident Mehriban Əliyevanın instaqramdakı təbrik paylaşımını da göstərdi".

Fərdi
Fərid Qayıbov: "Addımlarımız səmərəli və qətiyyətli olmalıdır"

Fərid Qayıbov: "Addımlarımız səmərəli və qətiyyətli olmalıdır"

Fərdi
Çingiz Hüseynzadə: "İslamiadadakı medal sayımız 99 deyil, daha çoxdur"

Çingiz Hüseynzadə: "İslamiadadakı medal sayımız 99 deyil, daha çoxdur"

Fərdi
Samboçularımız Avropa çempionatını 4 medalla başa vurublar

Samboçularımız Avropa çempionatını 4 medalla başa vurublar

Fərdi
Baş məşqçi: "Dünya çempionatında cüdoçularımızdan azı 3 medal gözləyirəm"

Baş məşqçi: "Dünya çempionatında cüdoçularımızdan azı 3 medal gözləyirəm"

Fərdi
Azərbaycan boksçularının Avropa çempionatındakı ilk rəqibləri bəlli olub

Azərbaycan boksçularının Avropa çempionatındakı ilk rəqibləri bəlli olub

Fərdi
Azərbaycanda ilk dəfə: Göygöldə Avropa Kuboku keçiriləcək

Azərbaycanda ilk dəfə: Göygöldə Avropa Kuboku keçiriləcək

Fərdi
Azərbaycan şahmatçısı Rusiyaya turnirə yollanıb

Azərbaycan şahmatçısı Rusiyaya turnirə yollanıb

Fərdi
Azərbaycan cüdoçuları İtaliyada 6 medal qazanıb

Azərbaycan cüdoçuları İtaliyada 6 medal qazanıb

Fərdi
Fərid Qayıbov UNESCO-nun iclasına sədrlik edib

Fərid Qayıbov UNESCO-nun iclasına sədrlik edib

Fərdi
Neftçalda avarçəkənlərin təlim-məşq toplanışı başlayıb

Neftçalda avarçəkənlərin təlim-məşq toplanışı başlayıb

Fərdi
Azərbaycan Velosiped Federasiyası rəsm müsabiqəsinin qaliblərini açıqlayıb

Azərbaycan Velosiped Federasiyası rəsm müsabiqəsinin qaliblərini açıqlayıb

Fərdi
Karlsenin şahmat tacı uğrunda oyundan imtinası rəsmiləşib

Karlsenin şahmat tacı uğrunda oyundan imtinası rəsmiləşib