"Zirə"nin kapitanı: "Qarabağ"ın gücünü bilirik, final oyununa tam istəklə hazırlaşırıq

"Zirə"nin kapitanı: "Qarabağ"ın gücünü bilirik, final oyununa tam istəklə hazırlaşırıq

Rəqibimizin gücünü bilirik. Əlavə nəsə deməyə ehtiyac yoxdur. Matça tam istəklə hazırlaşırıq.

Bunu "QELEBE.AZ"a açıqlamasında "Zirə"nin futbolçusu Qismət Alıyev "Qarabağ"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunu ilə bağlı danışarkən deyib.

27 yaşlı yarımmüdafiəçi daha əvvəl Ağdam təmsilçisi ilə bir dəfə finalda üz-üzə gəldiklərini xatırladıb: "Həmin vaxt çox maraqlı qarşılaşma alınmışdı. Penaltilər seriyasında məğlub olmuşduq. Final bir görüşdən ibarətdir. Daha istəkli olan tərəf qalib gələ bilər. Bu matçda ən yaxşısını etməyə çalışacağıq".

"Zirə"nin kapitanı Azərbaycan Premyer Liqasında mövsümü ikinci pillədə başa vurmalarına da toxunub: "Bu, həqiqətən bizim üçün yaxşı nəticə oldu. Amma böyük çətinliklərlə üzləşmişdik. Son turadək hər komandanın avrokubok və mükafat şansı davam edirdi. Çempionata da yaxşı başlamışdıq. 11 tur lider idik. Sonra zədə problemləri ilə üzləşdik. Qələbəsiz keçən dönəm də oldu. Amma biz yenə də bunu bacaracağımıza inanırdıq. Sonda istəyimizə nail olduq".

Q.Alıyev UEFA Avropa Liqası barədə danışmağın tez olduğunu vurğulayıb: "Püşk atılandan, rəqibimiz bəlli olandan sonra fikir bildirmək olar. Bacardığımız qədər irəliləmək istəyirik".

Qeyd edək ki, iyunun 2-də "Liv Bona Dea Arena"da keçiriləcək "Qarabağ" - "Zirə" matçı saat 20:00-da başlayacaq.

Futbol
“Qarabağ”ın rəqibi koronavirusa yoluxub

“Qarabağ”ın rəqibi koronavirusa yoluxub

Futbol
Qurban Qurbanov: "Rəqib məğlub olmaq istəmirdi"

Qurban Qurbanov: "Rəqib məğlub olmaq istəmirdi"

Futbol
"Bavariya"nın futbolçusu sürücülük hüququndan məhrum edilib

"Bavariya"nın futbolçusu sürücülük hüququndan məhrum edilib

Futbol
“Qalatasaray” “Sivasspor”un futbolçusunu transfer edib

“Qalatasaray” “Sivasspor”un futbolçusunu transfer edib

Futbol
"Araz-Naxçıvan" Qazaxıstan klubu ilə qarşılaşacaq

"Araz-Naxçıvan" Qazaxıstan klubu ilə qarşılaşacaq

Futbol
Azərbaycan Premyer Liqası: İlin son turuna 2 oyunla start verilir

Azərbaycan Premyer Liqası: İlin son turuna 2 oyunla start verilir

Futbol
Modriç və Ronaldu yenidən komanda yoldaşı ola bilərlər

Modriç və Ronaldu yenidən komanda yoldaşı ola bilərlər

Futbol
“FİFA” Messi ilə bağlı paylaşımı silib

“FİFA” Messi ilə bağlı paylaşımı silib

Futbol
Tanınmış baş məşqçi Rusiya klubundan ayrılıb

Tanınmış baş məşqçi Rusiya klubundan ayrılıb

Futbol
Samir Abasov: "Belə vəziyyətlərdə bilmirik, sevinək, ya kədərlənək"

Samir Abasov: "Belə vəziyyətlərdə bilmirik, sevinək, ya kədərlənək"

Futbol
"Olimpiakos" futbolçusu ilə müqavilənin müddətini uzadıb

"Olimpiakos" futbolçusu ilə müqavilənin müddətini uzadıb

Futbol
Azərbaycanın əsas millisinin üzvü U-21 yığmasına cəlb olunub

Azərbaycanın əsas millisinin üzvü U-21 yığmasına cəlb olunub