Dünya Kubokunda Azərbaycanı təmsil edəcək güllə atıcıları müəyyənləşib
Almaniyanın Münhen şəhərində keçiriləcək Dünya Kubokunda Azərbaycanı təmsil edəcək güllə atıcıları müəyyənləşib.
"QELEBE.AZ" xəbər verir ki, mayın 31-dən iyunun 8-dək baş tutacaq yarışda Nigar Nəsirova və Ruslan Lunyov mübarizə aparacaq.
Qeyd edək ki, bu yarış Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edə bilməyən idmançılar üçün dünya reytinq xalını qazanmaq baxımından son beynəlxalq turnirdir. İyunun 9-dək dünya reytinqinə əsasən hər bir kateqoriya üzrə sonuncu Olimpiya lisenziyalarının sahibləri müəyyənləşəcək.

https://mail.qalaba.az//uploads/photo/dunya-kubokunda-azerbaycani-temsil-edecek-gulle-aticilari-mueyyenleshib.webp











