"Neftçi"nin sabiq rəsmisi Azərbaycan Basketbol Federasiyasının icraçı vitse-prezidenti olub
Azərbaycan Basketbol Federasiyasında (ABF) yeni təyinat reallaşıb.
ABF-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Fərrux Mahmudov qurumda icraçı vitse-prezident kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, Fərrux Mahmudov mayın 31-də "Neftçi" Futbol Klubunun baş icraçı direktor vəzifəsindən ayrılıb.

https://mail.qalaba.az//uploads/photo/neftchinin-sabiq-resmisi-azerbaycan-basketbol-federasiyasinin-icrachi-vitse-prezidenti-olub.webp











