ABF-nin yeni icraçı vitse-prezidenti: Basketbolun inkişafı üçün əlimdən gələni edəcəyəm

ABF-nin yeni icraçı vitse-prezidenti: Basketbolun inkişafı üçün əlimdən gələni edəcəyəm

Ümid edirəm ki, daha öncə olduğu kimi, bundan sonra da basketbolun inkişafı üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm.

Bunu "Report"a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) yeni icraçı vitse-prezidenti Fərrux Mahmudov deyib.

Funksioner ABF-yə təyinatından danışıb: "Neftçi" futbol klubu ilə qarşılıqlı razılaşma əsasında yollarımızı ayırdıq. Daha sonra Azərbaycan Basketbol Federasiyasının rəhbərliyi tərəfindən təklif gəldi və bunu qəbul etdim".

F.Mahmudov qurumdakı hədəflərindən söz açıb: "Əsas hədəf Azərbaycan Basketbol Liqasının oyunlarını daha da baxımlı etmək və uşaq basketbolunun inkişafını yüksəltməkdir".

Vitse-prezident qurumda dünən baş tutan iclasa da toxunub: "Toplantıda Azərbaycan Basketbol Liqasının legioner limiti və komandaların sayı ilə bağlı fikirlər müzakirə olundu. Bu iclasda heç bir qərarın qəbulu nəzərdə tutulmamışdı, məqsəd klubların fikirlərini öyrənmək idi. Qarşıdakı günlərdə yekun qərarlar basketbol ictimaiyyətinə təqdim olunacaq".

O, son olaraq Azərbaycanda bu idman növünün inkişafı istiqamətində görülməli olan işlərdən danışıb: "Ən önəmli addımlardan biri uşaq basketbolçuların inkişafını əsas tutaraq, onların təməl məşqlərini peşəkar şəkildə təşkil etmək və çempionatın səviyyəsini ildən-ilə artırmaqdır. Çünki onlar qarşıdakı illərdə müxtəlif yaş qrupları və əsas millinin heyətində Azərbaycan basketbolunu beynəlxalq arenada təmsil edəcəklər".

Komanda
Portuqaliyalı baş məşqçi: "Azərbaycan millisini dərindən təhlil edəcəyik"

Portuqaliyalı baş məşqçi: "Azərbaycan millisini dərindən təhlil edəcəyik"

Komanda
Çağırış Kuboku: Azərbaycan çempionu 1/8 finalın ilk oyununda uduzub

Çağırış Kuboku: Azərbaycan çempionu 1/8 finalın ilk oyununda uduzub

Komanda
Çağırış Kuboku: "Azərreyl" darmadağınla mərhələ adlayıb

Çağırış Kuboku: "Azərreyl" darmadağınla mərhələ adlayıb

Komanda
Azərbaycanlı federasiya rəsmisi avrokuboklara təyinat alıb

Azərbaycanlı federasiya rəsmisi avrokuboklara təyinat alıb

Komanda
Finlandiya millisinin aparıcı üzvü dünya çempionatı oyununu toya görə buraxıb

Finlandiya millisinin aparıcı üzvü dünya çempionatı oyununu toya görə buraxıb

Komanda
Xokkey üzrə Dünya Kuboku təxirə salınıb

Xokkey üzrə Dünya Kuboku təxirə salınıb

Komanda
NBA tarixində tamaşaçı rekordu qeydə alınıb

NBA tarixində tamaşaçı rekordu qeydə alınıb

Komanda
Kubalı voleybolçu milli komandanın düşərgəsindən qaçıb

Kubalı voleybolçu milli komandanın düşərgəsindən qaçıb

Komanda
AVRO-2023: Azərbaycan voleybol yığması növbəti qələbəsini qazanıb

AVRO-2023: Azərbaycan voleybol yığması növbəti qələbəsini qazanıb

Komanda
Çağırış Kuboku: Azərbaycan təmsilçisi 1/8 finala vəsiqə qazanıb

Çağırış Kuboku: Azərbaycan təmsilçisi 1/8 finala vəsiqə qazanıb

Komanda
“Azərreyl”in Almaniya klubu ilə oyunlarının yeri və vaxtı bəlli olub

“Azərreyl”in Almaniya klubu ilə oyunlarının yeri və vaxtı bəlli olub

Komanda
Azərbaycanın daha 3 boksçusu beynəlxalq turnirdə finala yüksəlib

Azərbaycanın daha 3 boksçusu beynəlxalq turnirdə finala yüksəlib