Azərbaycanın U-21 millisi bu gün Slovakiya ilə qarşılaşacaq
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək.
"Report"un məlumatına görə, Samir Əliyevin baş məşqçisi olduğu yığma səfərdə slovakiyalı həmyaşıdları ilə üz-üzə gələcək.
Bratislavadakı Senec Məşq Mərkəzindəki matç Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.
Qeyd edək ki, U-21 iyunun 11-də Bakıda Bolqarıstan kollektivi ilə qarşılaşacaq.

https://mail.qalaba.az//uploads/photo/azerbaycanin-u-21-millisi-bu-gun-slovakiya-ile-qarshilashacaq.webp











