AVRO-2024: Azərbaycan millilərinin baş məşqçiləri favoritlərini və azarkeşlik etdiyi komandaların adlarını açıqlayıb

AVRO-2024: Azərbaycan millilərinin baş məşqçiləri favoritlərini və azarkeşlik etdiyi komandaların adlarını açıqlayıb

Azərbaycanın əsas və aşağı yaş qruplarından ibarət millilərinin baş məşqçiləri Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatı ilə bağlı fikirlərini bölüşüblər.

Mütəxəssislər “Report”a azarkeşlik etdikləri və favorit saydıqları komandaların adlarını açıqlayıblar.

Arif Əsədov (əsas milli): “Təbii ki, azarkeşlik edəcəyim milli ilk növbədə Türkiyə olacaq. Amma çempionluğa bir neçə komanda namizəddir. Daha çox şansı olan komandalar Almaniya və Fransadır”.

Samir Əliyev (U-21): “Xüsusi azarkeşlik etdiyim komanda yoxdur. Avropa və dünya çempionatları həmişə sürpriz nəticələrlə yadda zəngin olur. Bəzən favorit gördüyün komanda heç qrupdan çıxa bilmir. Məncə, əsas favoritlər “böyük beşlik” ölkələrindən olacaq. İngiltərə yaxşı vəziyyətdədir. Son dünya çempionatının finalçısı Fransanın da güclü heyəti var. Niderland, İspaniya, İtaliya əvvəlki kimi deyillər. Amma Avropa çempionu ola bilərlər. Portuqaliyanın da güclü oyunçuları, böyük təcrübələri var. Məncə, kiçik futbol ölkələri hər hansı nəticə göstərə bilməyəcəklər”.

Elxan Abdullayev (U-19): “İki komandaya - Argentina və İspaniya yığmalarına azarkeşlik edirəm. Argentina Avropa ölkəsi olmadığı üçün İspaniyaya azarkeşlik edəcəyəm. Onların çempion ola biləcəyinə inanıram. Amma obyektiv yanaşsaq, Fransa və İngiltərənin şansları böyükdür. Buna baxmayaraq, İspaniyaya çempionluq arzulayıram”.

Füzuli Məmmədov (U-18): “Əlbəttə, Türkiyəyə azarkeşlik edəcəyəm. Çempionluğa gəlincə, Fransa, ya da İngiltərə olacaq. Bir də düşünürəm ki, hansısa gözləmədiyimiz komanda Avropa çempionatında yüksək yer tutacaq”.

İlham Yadullayev (U-17): "Azarkeşlik edəcəyim komanda yoxdur, Avropa çempionatına ümumi baxacağam. Lakin favorit kimi İngiltərə, İspaniya, Almaniya yığmalarını görürəm. Yəni bu komandalardan biri çempion olacaq”.

Aqil Nəbiyev (U-16): “Bizə yaxın olan Türkiyədir. Təbii ki, Türkiyə millisinə azarkeşlik edəcəyəm. Serbiya sürpriz edə bilər. Amma Avropa çempionu kimi Fransanı görürəm”.

Qeyd edək ki, Avropa çempionatı iyunun 14-dən iyulun 14-nə qədər Almaniyada keçiriləcək.

Futbol
Azərbaycanda futbol şərhçisi yol qəzasında dünyasını dəyişib

Azərbaycanda futbol şərhçisi yol qəzasında dünyasını dəyişib

Futbol
Arif Əsədov: "Avropa Liqasının pley-offuna düşmək daha prestijli olardı"

Arif Əsədov: "Avropa Liqasının pley-offuna düşmək daha prestijli olardı"

Futbol
"Qarabağ"ın müdafiəçisi zədələnib

"Qarabağ"ın müdafiəçisi zədələnib

Futbol
Azərbaycan Premyer Liqasının oyunundan sonra baş məşqçi ilə futbolçu dalaşıb

Azərbaycan Premyer Liqasının oyunundan sonra baş məşqçi ilə futbolçu dalaşıb

Futbol
Azərbaycan millisinin baş məşqçisi: "Polşa ilə oyun bizim üçün vacibdir"

Azərbaycan millisinin baş məşqçisi: "Polşa ilə oyun bizim üçün vacibdir"

Futbol
“Qalatasaray” səfərdə “Başakşehir”ə 7-0 qalib gəlib

“Qalatasaray” səfərdə “Başakşehir”ə 7-0 qalib gəlib

Futbol
Kadi Borgeslə danışıq aparan kluba yeni baş məşqçi təyin olunub

Kadi Borgeslə danışıq aparan kluba yeni baş məşqçi təyin olunub

Futbol
"Araz-Naxçıvan" Çempionlar Liqasında mübarizəyə başlayır

"Araz-Naxçıvan" Çempionlar Liqasında mübarizəyə başlayır

Futbol
İspaniya Kosta-Rikanı darmadağın edib

İspaniya Kosta-Rikanı darmadağın edib

Futbol
Murad Musayev: "Nərd oyununda belə, qalib gəlmək istəyirəm"

Murad Musayev: "Nərd oyununda belə, qalib gəlmək istəyirəm"

Futbol
DÇ-2022: Belçika Mərakeşə uduzub

DÇ-2022: Belçika Mərakeşə uduzub

Futbol
Emin Mahmudov: "Daha yaxşı oynayıb, çox xal yığa bilərdik"

Emin Mahmudov: "Daha yaxşı oynayıb, çox xal yığa bilərdik"