Azərbaycan millisinin baş məşqçisi: U-21-də olduğum müddət ərzində 50-dən çox futbolçuya şans vermişik

Azərbaycan millisinin baş məşqçisi: U-21-də olduğum müddət ərzində 50-dən çox futbolçuya şans vermişik

U-21-də olduğum müddət ərzində 50-dən çox futbolçuya şans vermişik. Son iki iki oyunda da həm futbolçulara baxmaq, həm də sistemdə dəyişiklik etmək istəyirdim.

Bunu “Report”a açıqlamasında Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Samir Əliyev Slovakiya və Bolqarıstanla keçirdikləri yoldaşlıq görüşlərini dəyərləndirərkən deyib.

O, rəqiblərin yetərincə yaxşı səviyyədə olduğunu söyləyib: “Yoldaşlıq oyunları olduğu üçün yeni futbolçular dəvət etdik. Rəqiblər də yetərincə yaxşı səviyyədə idilər. Hər dəfə güclü rəqiblərlə oynamağa çalışırıq ki, uşaqlar təcrübə toplasınlar. Sentyabrda Avropa çempionatının seçmə mərhələ oyunları var. 11 gün ərzində toplanışdan faydalanmağa çalışdıq. Düzdür, tam istədiyimizi ala bilmədik. Problemlərimiz çoxdur. Ümumilikdə isə razıyam, baxmayaraq ki, qələbə qazana bilmədik. Hesab vacibdir, qələbə qazanmaq gözəl hissdir, təəssüf ki, alınmadı. Zədə səbəbindən oynamayan futbolçuların - Camal Cəfərov və Veysəl Rzayevin yerinə başqalarını meydana buraxdıq”.

Baş məşqçi qarşıda təlim-məşq toplanışı və yoldaşlıq görüşü gözlənilmədiyini nəzərə çatdırıb: “Futbolçular öz klublarında hazırlaşacaqlar. Ola bilər, kimlərsə klublarını dəyişəcək. Sentyabrda yaxşı formada olmalıdırlar. Seçmə mərhələ oyunları ərəfəsində hər birini daha yaxından izləyəcəyik”.

Qeyd edək ki, toplanış çərçivəsində iki yoldaşlıq matçı keçirən S.Əliyevin rəhbərlik etdiyi komanda iyunun 7-də səfərdə Slovakiyaya 2:3 hesabı ilə məğlub olub. Komanda ötən gün “Liv Bona Dea Arena”da Bolqarıstanla heç-heçə edib - 0:0.

Futbol
DÇ-2030 qışda və üç qitədə keçirilə bilər

DÇ-2030 qışda və üç qitədə keçirilə bilər

Futbol
Əfran İsmayılov: “Tərlan Əhmədovun məşqçilik bacarığına heç kim nəsə demir” - MÜSAHİBƏ

Əfran İsmayılov: “Tərlan Əhmədovun məşqçilik bacarığına heç kim nəsə demir” - MÜSAHİBƏ

Futbol
AFFA-nın yubileyinə həsr edilmiş yoldaşlıq oyunu keçiriləcək

AFFA-nın yubileyinə həsr edilmiş yoldaşlıq oyunu keçiriləcək

Futbol
Azərbaycan Futzal Federasiyasında yeni təyinat olub

Azərbaycan Futzal Federasiyasında yeni təyinat olub

Futbol
Riad Rəfiyev: “Azərbaycanəsilli futbolçuya milliləşdirilmiş deməyin tərəfdarı deyiləm”

Riad Rəfiyev: “Azərbaycanəsilli futbolçuya milliləşdirilmiş deməyin tərəfdarı deyiləm”

Futbol
"Sabah" "Neftçi" və "Qarabağ"ın nailiyyətini təkrarlayıb

"Sabah" "Neftçi" və "Qarabağ"ın nailiyyətini təkrarlayıb

Futbol
Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat alıb

Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat alıb

Futbol
Beş ölkə AVRO-2028-ə birgə ev sahibliyi üçün ərizə təqdim edib

Beş ölkə AVRO-2028-ə birgə ev sahibliyi üçün ərizə təqdim edib

Futbol
FIFA Uruqvay millisinin aparıcı üzvlərini futboldan kənarlaşdıra bilər

FIFA Uruqvay millisinin aparıcı üzvlərini futboldan kənarlaşdıra bilər

Futbol
"Qarabağ"ın təxirə salınmış oyununun vaxtı açıqlanıb

"Qarabağ"ın təxirə salınmış oyununun vaxtı açıqlanıb

Futbol
İlin ən yaxşı gənc futbolçusu bəlli olub

İlin ən yaxşı gənc futbolçusu bəlli olub

Futbol
"Olimpiakos"un prezidenti koronavirusa yoluxub

"Olimpiakos"un prezidenti koronavirusa yoluxub