"Sabah" klubu sabiq futbolçusunu qaytarıb
"Sabah" klubu sabiq futbolçusu Coy-Lens Mikelsi qaytarıb.
"QELEBE.AZ" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, almaniyalı vingerlə "1+1" illik müqavilə bağlanıb.
Mikels 2021-2023-cü illərdə “Sabah”ın uğurları üçün çalışıb. O, ötən yay Səudiyyə Ərəbistanının “Əl-Faysal” klubuna transfer edilib. Futbolçu Bakı klubuna azad agent kimi qoşulub.
Qeyd edək ki, Coy-Lens Mikels Bakı klubunun heyətində ən çox qol (69 oyun, 33 qol) vuran futbolçudur.

https://mail.qalaba.az//uploads/photo/sabah-klubu-sabiq-futbolchusunu-qaytarib.webp











