Türkiyə Avropa çempionatının 1/8 finalına vəsiqə qazanıb - YENİLƏNİB - 9

Türkiyə Avropa çempionatının 1/8 finalına vəsiqə qazanıb - YENİLƏNİB - 9

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda III turun oyunlarına yekun vurulub.

"QELEBE.AZ" xəbər verir ki, Hamburqdakı “Folksparkştadion"da baş tutan Çexiya - Türkiyə qarşılşaması ikincilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Türkiyə millisindən Hakan Çalhanoğlu (51) və Cenk Tosun (90+4), Çexiyadan isə Tomaş Suçek (66) fərqlənib. Bu oyunda Çexiya komandasının iki üzvü - Antonin Barak (20) və Tomaş Çori (90) qırmızı vərəqə ilə meydandan qovulub.

Helzenkirhendəki "Feltins Arena"da keçirilən Gürcüstan - Portuqaliya qarşılaşması Gürcüstan komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Xviça Kvaratsxeliya 2-ci dəqiqədə rəqib qapısının torunu silkələyib. Georgi Mikautadze 51-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən fərqlənərək hesab arasındakı fərqi 2 topa çatdırıb.

Bu nəticələrdən sonra Portuqaliya qrup lideri, Türkiyə millisi isə ikinci pillənin sahibi kimi 1/8 final mərhələsinə adlayıb. Gürcüstan isə ən yaxşı qrup üçüncüsü kimi növbəti mərhələdə mübarizə aparmaq hüququ qazanıb.

1

Portuqaliya

3

2

0

1

5-3

6

2

Türkiyə

3

2

0

1

5-5

6

3

Gürcüstan

3

1

1

1

4-4

4

4

Çexiya

3

0

1

2

3-5

1

00:59

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda III turun Çexiya - Türkiyə matçında üçüncü qol vurulub.

"QELEBE.AZ" xəbər verir ki, Türkiyə yığmasının üzvü Cenk Tosun 90+4-cü dəqiqədə komandasını hesabda önə keçirib - 2:1.

51-ci dəqiqədə isə Hakan Çalhanoğlu fərqlənib.

Çexiya millisinin üzvü Tomaş Suçek 66-cı dəqiqədə bərabərliyi təmin edib - 1:1.

Gürcüstan - Portuqaliya matçı birincilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Xviça Kvaratsxeliya 2-ci dəqiqədə rəqib qapısının torunu silkələyib. Georgi Mikautadze 51-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən fərqlənərək hesab arasındakı fərqi 2 topa çatdırıb.

00:36

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda III turun Çexiya - Türkiyə matçında hesab bərabərləşib.

"QELEBE.AZ" xəbər verir ki, Çexiya millisinin üzvü Tomaş Suçek 66-cı dəqiqədə bərabərliyi təmin edib - 1:1.

Türkiyə yığmasından 51-ci dəqiqədə Hakan Çalhanoğlu fərqlənib.

Gürcüstan yığması 2:0 hesabı ilə öndədir. Xviça Kvaratsxeliya 2-ci dəqiqədə rəqib qapısının torunu silkələyib. Georgi Mikautadze 51-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən fərqlənərək hesab arasındakı fərqi 2 topa çatdırıb.

00:23

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda III turun Gürrcüstan - Portuqaliya matçında ikinci qol vurulub.

"QELEBE.AZ" xəbər verir ki, Gürcüstan millisinin üzvü Georgi Mikautadze 51-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən fərqlənərək hesab arasındakı fərqi 2 topa çatdırıb.

Digər qolu isə Xviça Kvaratsxeliya 2-ci dəqiqədə rəqib qapısından keçirib.

Çexiya - Türkiyə görüşündə Türkiyə millisi hesabda 1:0 öndədir. 51-ci dəqiqədə Hakan Çalhanoğlu fərqlənib.

00:15

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda III turun Çexiya - Türkiyə matçında hesab açılıb.

"QELEBE.AZ" xəbər verir ki, Türkiyə millisi 51-ci dəqiqədə Hakan Çalhanoğlunun qolu ilə hesabda önə keçib.

Gürcüstan yığması isə üstünlüyünü qoruyub saxlayır - 1:0.

Xviça Kvaratsxeliya 2-ci dəqiqədə fərqlənib.

00:05

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda III turun Çexiya - Türkiyə və Gürcüstan - Portuqaliya matçlarında ikinci hissə başlayıb.

"QELEBE.AZ"un məlumatına görə, Çexiya - Türkiyə matçında hələlik qol vurulmayıb.

Gürcüstan yığması isə hesabda öndədir - 1:0.

Xviça Kvaratsxeliya 2-ci dəqiqədə fərqlənib.

23:48

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda III turun Çexiya - Türkiyə və Gürcüstan - Portuqaliya matçlarında ilk hissə başa çatıb.

"QELEBE.AZ"un məlumatına görə, Çexiya - Türkiyə matçında qol vurulmayıb.

Gürcüstan yığması isə hesabda öndədir - 1:0.

Xviça Kvaratsxeliya 2-ci dəqiqədə fərqlənib.

23:22

Çexiya millisi Almaniyada təşkil olunan Avropa çempionatında F qrupunun III turunun Türkiyə ilə matçında azlıqda qalıb.

"QELEBE.AZ"un məlumatına görə, 20-ci dəqiqədə Antonin Barak ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Qeyd edək ki, hazırda görüşdə hesab açılmayıb.

23:09

Almaniyada təşkil olunan Avropa çempionatının F qrupunun Gürcüstan - Portuqaliya oyununda hesab açılıb.

"QELEBE.AZ"un məlumatına görə, 2-ci dəqiqədə gürcüstanlı Xviça Kvaratsxeliya fərqlənib.

23:00

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında F qrupunun III turunun Çexiya - Türkiyə və Gürcüstan - Portuqaliya matçlarına start verilib.

"QELEBE.AZ" xəbər verir ki, oyunlar müvafiq olaraq Hamburqdakı “Folksparkştadion"da və Helzenkirhendəki "Feltins Arena"da keçirilir.

Çexiya - Türkiyə matçını rumıniyalı İştvan Kovaç, Gürcüstan - Portuqaliya qarşılaşmasını isə isveçrəli Sandro Şörer idarə edir.

Hər iki qarşılşama 23:00-da başlayıb.

Futbol
Pelenin anası oğlunun ölümündən xəbərsizdir

Pelenin anası oğlunun ölümündən xəbərsizdir

Futbol
"Zirə" "Neftçi" ilə oyunda ciddi itki ilə üzləşib

"Zirə" "Neftçi" ilə oyunda ciddi itki ilə üzləşib

Futbol
"Kəpəz"in İdarə Heyətinin sədri: "Neqativ hal olub, dərhal aradan qaldırmışıq"

"Kəpəz"in İdarə Heyətinin sədri: "Neqativ hal olub, dərhal aradan qaldırmışıq"

Futbol
Hakim Ziyeş Mərakeş millisində xüsusi şərtlərlə oynayır

Hakim Ziyeş Mərakeş millisində xüsusi şərtlərlə oynayır

Futbol
Azərbaycanı dünya çempionatında təmsil edəcək bütün şahmatçılar bəlli olub

Azərbaycanı dünya çempionatında təmsil edəcək bütün şahmatçılar bəlli olub

Futbol
"Boka Xuniors" "River Pleyt"in qələbəsi sayəsində Argentina çempionu olub

"Boka Xuniors" "River Pleyt"in qələbəsi sayəsində Argentina çempionu olub

Futbol
Azərbaycan Premyer Liqası: Qərb derbisinin vaxtı açıqlanıb

Azərbaycan Premyer Liqası: Qərb derbisinin vaxtı açıqlanıb

Futbol
"Qarabağ"ın rəqibi böyük hesablı qələbə qazanıb

"Qarabağ"ın rəqibi böyük hesablı qələbə qazanıb

Futbol
UEFA assosiasiyalara xəbərdarlıq edib

UEFA assosiasiyalara xəbərdarlıq edib

Futbol
Gəncə şəhər stadionunda tikinti işləri ilin sonuna kimi başa çatdırılacaq - FOTO

Gəncə şəhər stadionunda tikinti işləri ilin sonuna kimi başa çatdırılacaq - FOTO

Futbol
"Marsel" - "Sportinq" oyunu tıxac səbəbindən gec başlayıb

"Marsel" - "Sportinq" oyunu tıxac səbəbindən gec başlayıb

Futbol
Bu gün Azərbaycan Premyer Liqasında mövsümün ilk hissəsinə yekun vurulacaq

Bu gün Azərbaycan Premyer Liqasında mövsümün ilk hissəsinə yekun vurulacaq