Elmar Baxşıyev: Əgər İtaliya millisi qrupdakı kimi oynasa, işi çox çətin olacaq

Elmar Baxşıyev: Əgər İtaliya millisi qrupdakı kimi oynasa, işi çox çətin olacaq

Əgər İtaliya millisi qrupdakı kimi oynasa, işi çox çətin olacaq.

Bunu "Report"a açıqlamasında "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Almaniyada təşkil olunan Avropa çempionatında bu gün keçiriləcək 1/8 final matçları ilə bağlı danışarkən deyib.

Mütəxəssis İsveçrə - İtaliya görüşünün gərgin mübarizə şəraitində keçəcəyini bildirib:

"Avropa çempionatının oyunlarına nəzər saldıqda görürük ki, aşkar favorit yoxdur. Hər komanda yüksək səviyyədə mübarizə aparır. Bu gün ilk olaraq İsveçrə - İtaliya matçına şahidlik edəcəyik. Əgər İtaliya millisi qrupdakı kimi oynasa, işi çox çətin olacaq. Qrup görüşlərində xal itirsən də, növbəti matçlar üçün şansın qalır. Lakin 1/8 final elə bir mərhələdir ki, məğlub olmaq şansın yoxdur".

E.Baxşıyev Almaniya - Danimarka matçında ikincilərin sürpriz edə biləcəyinə inandığını deyib:


"Almaniya - Danimarka görüşü də olduqca maraqlı keçəcək. Düşünürəm ki, skandinaviyalılar turnirin sürpriz komandalarından biridir. Lakin əvvəl də dediyim kimi, pley-off qarşılaşmaları fərqli olur. Komandalar da qarşılaşmaya fərqli yanaşırlar. Bu səbəbdən hansı komandanın daha şanslı olduğunu demək çətindir".

Qeyd edək ki, İsveçrə - İtaliya matçı saat 20:00-da, Almaniya - Danimarka görüşü isə 23:00-da start götürəcək.

Futbol
Cavid Hüseynov hakimə əl-qol atdığı üçün 6 oyunluq cəzalanıb

Cavid Hüseynov hakimə əl-qol atdığı üçün 6 oyunluq cəzalanıb

Futbol
Dennis Appia: "Qarabağ"a qarşı məğlubiyyət boğazımda düyünlənib"

Dennis Appia: "Qarabağ"a qarşı məğlubiyyət boğazımda düyünlənib"

Futbol
Nunu Qomeş: "Qarabağ"ın  prezidenti kluba çox sərmayə qoyur"

Nunu Qomeş: "Qarabağ"ın prezidenti kluba çox sərmayə qoyur"

Futbol
Almaniya millisinin əsas qapıçısı ayağı sındığı üçün mövsümü başa vurub

Almaniya millisinin əsas qapıçısı ayağı sındığı üçün mövsümü başa vurub

Futbol
Çilili baş məşqçi Braziliya millisinə rəhbərlik edə bilər

Çilili baş məşqçi Braziliya millisinə rəhbərlik edə bilər

Futbol
Premyer Liqa: “Neftçi” səfərdə “Zirə”ni darmadağın edib

Premyer Liqa: “Neftçi” səfərdə “Zirə”ni darmadağın edib

Futbol
“Neftçi” qış fasiləsi dönəmində ilk transferini açıqlayıb

“Neftçi” qış fasiləsi dönəmində ilk transferini açıqlayıb

Futbol
Qazaxıstan millisinin qapıçısı: "Bakıda istənilən nəticə qeydə alına bilər"

Qazaxıstan millisinin qapıçısı: "Bakıda istənilən nəticə qeydə alına bilər"

Futbol
AMF-in fəxri prezidenti: "Minifutbol artıq əhali arasında geniş yayılıb"

AMF-in fəxri prezidenti: "Minifutbol artıq əhali arasında geniş yayılıb"

Futbol
Lui Van Qal məşqçilik karyerasını başa vurub

Lui Van Qal məşqçilik karyerasını başa vurub

Futbol
Serxio Buskets milli karyerasını bitirib

Serxio Buskets milli karyerasını bitirib

Futbol
“Nant”ın futbolçusu: “Qarabağ”a qalib gəlməliyik”

“Nant”ın futbolçusu: “Qarabağ”a qalib gəlməliyik”