BŞİH və RİİB əməkdaşları arasında minifutbol üzrə yoldaşlıq görüşü olub

Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşları arasında minifutbol üzrə yoldaşlıq görüşü keçirilib.

"QELEBE.AZ" xəbər verir ki, Səbail rayonunun Salyan şossesindəki idman və istirahət parkında təşkil edilən oyunu hər iki qurumun rəhbərləri, əməkdaşları və cəmiyyətin könüllüləri izləyiblər.

Əsas məqsədi idmanın və sağlam həyat tərzinin təbliği, eyni zamanda qurum əməkdaşları arasında əlaqələrin daha da möhkəmləndirilməsi olan matç böyük maraqla qarşılanıb və azarkeşlərin alqışları ilə müşayiət olunub.

Yüksək əhval-ruhiyyə ilə başa çatan oyundan sonra komandalar birgə xatirə şəkli çəkdirib və belə matçların ənənəvi olaraq keçirilməsi qərara alınıb.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi arasındakı səmərəli əməkdaşlıq çərçivəsində hər iki qurumun nümayəndələrinin iştirakı ilə mütəmadi olaraq müxtəlif tədbirlər təşkil olunur.

Futbol
“Neftçi”nin hücumçusu: “Çempionlar Liqasında oynamaq istəyirəm”

Erlinq Holann İngiltərə Premyer Liqasının tarixinə düşüb

XXI əsrdə üçüncü onilliyin bombardirləri açıqlanıb

DÇ-2022 Messinin sonuncu mundialı olacaq

Qurban Qurbanov: “Sırf bu gün qələbə qazandığımız üçün sevinirəm”

"Mançester Siti" İngiltərə Premyer Liqasında liderliyə yüksəlib

Maksim Medvedev: "Avropa Liqası Azərbaycan çempionatı deyil"

“Qarabağ”ın Konfrans Liqasının pley-offundakı rəqibi bəlli olub

Ten Haq “Mançester Yunayted”lə tarixi nəticəyə imza atıb

"The Best": Ən yaxşı baş məşqçi adına namizədlər bəlli olub

Azərbaycanın futzal yığması səfərdə Yunanıstanı darmadağın edib

Azərbaycanın U-21 millisinin yoldaşlıq oyunları üçün heyəti açıqlanıb - SİYAHI