AVRO-2024: İsveçrə - İtaliya matçının ikinci hissəsi qolla başlayıb - YENİLƏNİB - 4
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İsveçrə və İtaliya yığmaları arasında 1/8 final görüşündə hesab növbəti dəfə dəyişib.
"Report" xəbər verir ki, ikinci hissənin əvvəlində isveçrəlilər fərqi iki topa çatdırıblar - 2:0.
46-cı dəqiqədə Ruben Varqas fərqlənib.
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İsveçrə və İtaliya yığmaları arasında 1/8 final görüşündə ikinci hissə başlayıb.
"Report" xəbər verir ki, Berlindəki Olimpiya stadionunda reallaşan matçda isveçrəlilər 1:0 hesabı ilə öndədirlər.
37-ci dəqiqədə Remo Froyler adını tabloya yazdırıb.
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İsveçrə və İtaliya yığmaları arasında 1/8 final görüşündə ilk hissə başa çatıb.
"Report" xəbər verir ki, Berlindəki Olimpiya stadionunda reallaşan matçda isveçrəlilər 1:0 hesabı ilə öndədirlər.
37-ci dəqiqədə Remo Froyler adını tabloya yazdırıb.
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İsveçrə və İtaliya yığmaları arasında 1/8 final görüşündə hesab açılıb.
"Report" xəbər verir ki, Berlindəki Olimpiya stadionunda reallaşan matçda isveçrəlilər hesabda önə çıxıb.
37-ci dəqiqədə Remo Froyler adını tabloya yazdırıb.
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İsveçrə və İtaliya yığmaları arasında 1/8 final görüşü başlayıb.
"Report" xəbər verir ki, qarşılaşma Berlindəki Olimpiya stadionunda keçirilir.
Qeyd edək ki, görüşü polşalı baş hakim Şimon Marçinyak idarə edir.

https://mail.qalaba.az//uploads/photo/avro-2024-isvechre-italiya-matchinin-ikinci-hissesi-qolla-bashlayib-yenilenib-4.webp

















